news Image
2012.05.24
16:45
| A A A
Xarici vətəndaşla dilənçinin söhbəti
Avroviziya-2012 dilənçiləri də, cəlb etdi

"Avroviziya-2012" musiqi yarışması Bakıya xarici qonaqları cəlb edsə də, yarışma keçirilən gün dilənçilərin sayı üstünlük təşkil edirdi.

Xarici qonaqları görən, Bakı dilənçiləri qazanc əldə etmək məqsədiylə Bakının "Crystal Hall" zalının qarşına toplaşmışdılar.

Qeyd edək ki, "Crystall Hall"-a daxil olmaq üçün, müəyyən mərhələlərdən keçmək lazım olsada, oradan çıxmaq olduqca asan oldu. Çünki yarışma bitdikdən sonra, nə polislər, digər işçilər heç bir kəslə maraqlanmırdılar. Bunu görən dilənçilər, bir növ hücuma keçmişdilər.

Onuda qeyd edək ki, Bakı dilənçilərin əsas hədəfi xariciləri idi. Lakin yerli əhalidən fərqli olaraq, onlar dilənçilərə fikir vermirdilər.

Diqqətimizi bir məqam çəkdi. Xarici vətəndaşla dilənçinin söhbəti. Onlar başqa-başqa dillərdə danışsalarda, bir-birlərini yaxşı başa düşürdülər.

Xarici vətəndaş dilənçinin ondan pul istədiyini görüb, ona fikir belə vermədi. Lakin dilənçi əl çəkməməkdə qərarlı idi.

Bunu görən xarici vətəndaş isə, öz dilində ona nəyisə izah etməyə çalışırdı. Gülməli bir səhnə alınsada, nə xarici dilənçini başa salmaqdan yorulurdu, nədə ki, dilənçi ona yalvarmaqdan bezirdi.

Bəlkədə bizim yerli əhalidən biri xaricinin yerinə olsaydı, çoxdan dilənçini təhqir edib yola salmışdı. Lakin xarici vətəndaşda olan səbir hətda dilənçini belə höysələdən çıxartdı. Sonda dilənçini ona "Sən yaxşısı budur get evinə. Səndən mənə pul verən çıxmaz "deyib, yenə də azərbaycanlının üstünə yollandı.


Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs