Əlaqə Arxiv
news Image
2012.05.25
15:45
| A A A
Binəyə gedən avtobuslar gediş haqqını qaldırdılar
“Gediş haqqı 40 qəpik oldu”

Movqe.Az xəbər verir ki, Neftçilər prospektindən Binə qəsəbəsinə gedən 211 və 194 nömrəli avtobuslar gediş haqqını qaldırıblar. Qeyd edək ki, bu vəziyyətdən sərnişinlər olduqca narazıdırlar.

Xatırladaq ki, bir həftə bundan öncə gediş haqqı 30 qəpiki idi. Bahalaşmanın nə ilə əlaqədar olduğunu isə heç kim bilmir.

211 nömrəli avtobus sürücüsündən bunun nə ilə bağlı olduğunu soruşduqda, o "Bilmirəm. Mənə də belə deyiblər. Biz sürücüyük", - deyə cavab verdi. Lakin kimlərin onlara nə dediyini, heç cür aydınlaşdıra bilmədik.

Sərnişinlərdən biri isə, bu məsələyə olduqca qəzəbli idi.

"Mən niyə 40 qəpik verməliyəm. Hər gün getdiyim yoldu. Benzin bahalaşmayıb ki, bunlar qiymətləri qaldırırlar. Əslində bu qanunsuzdur. Sürücülər özlərinə sərf olanı edirlər", - sərnişin Afaq Abbasova dedi.

Onuda qeyd edək ki, hal-hazırda nə benzin də, nə də ki yanacaqda bahalaşma müşahidə olunmayıb.

Bu haqda Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov məlumat verdi. Onun sözlərinə görə, əslində avtobus gediş haqlarında bahalaşma ilə bağlı qərar verilməyib. 

"Bizə belə bir qərar məlum deyil. Əgər belə bir şey varsa da, qanuni deyil. Hansısa avtobus belə bir şeyə yol veribsə də, biz bunu araşdırarıq. Lakin yenə də, deyirəm əslində qiymətlər olduğu kimidir", - N. Həsənov dedi. 

 Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz