Əlaqə Arxiv
news Image
2012.05.25
15:55
| A A A
Bakı Dövlət Universitetində qanunsuz dönər

"Əslində dönərin ziyan olduğunu mən də bilirəm. Sadəcə bu universitetdə başqa nəyləysə qidalanmaq mümkünsüzdür. Çünki satılan qidaların əksəriyyəti şirniyyatlardı. Isti yeməklər isə, gigiyenik tələblərə cavab vermir. Bu səbəbdən də, tələbələr məcburdular dönər alsınlar", - Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi Sara Abbaszadə deyir.

Bu gün bu problemlə bir çox tələbələr üzləşirlər. Lakin heç bir kəs problemin həlliylə maraqlanmır.

Dönər - təhlükəli qidalar sırasında olsa da, satıldığı yerlər adətən tələbələrin sıx olduğu məkanlar olur. Çünki bu yeməkdən istifadə edənlərin əksəriyyəti gənclərdir.

Xatırladaq ki, BDU dörd binadan ibarətdir. Və bu binaların hər birin də dönər satılır. Gigiyenik qaydalara isə heç bir kəs riayət etmir. Misal üçün, BDU-nin 1 saylı binası. Burada dönər günlərlə saxlanılır. Lakin tələbələr bundan heç də narazı deyilllər.

Bak Dövlət Universitetinin magistr tələbəsi isə, digər növ yeməklərin baha olduğunu bildirir.

"Mən tələbəyəm. Gündə beş manat yeməyə verməyim mümkünsüzdür. Bizim universitetdə günorta yeməyi ən aşağısı beş manatdır. Bunu görən tələbə məcburdu dönər alsın. Çünki bu gün ən ucuz yemək növü dönərdi", - Leyla Bayramova dedi.

Bu haqda BDU-nun mətbuat xidmətiylə əlaqə saxlamaq istəsəkdə, alınmadı. Çünki zəngimizə cavab verən xanım, onu hansı məsələyə görə narahat etdiyimizi bilib, sualı cavablandırmaqdan imtina etdi.

Türkan Nadirqızı

Movqe.Az

 

Sizin Reklam Yeriniz