news Image
2012.05.30
12:16
| A A A
İtaliyada zərərçəkənlər evlərinə dönə bilmir

Movqe.Az xəbər verir ki, İtalyanın şimalında doqquz günlük fasilədən sonra ikinci dəfə zəlzələlə baş verib. Təbii fəlakətdən sarsılan Modena şəhərinin əhalisi və ətraf ərazilərdə yaşayan insanlar gecəni küçədə keçirib.

Dünən yerli vaxtla səhər 7.00 radələrində meydana gələn 5,8 bal gücündə zəlzələdə ölənlərin sayı 17-yə çatıb. Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, 350-dən çox yaralı var. İtaliya Qızılxaç cəmiyyəti, 15 minə yaxın adamın evlərinə dönə bilmədiyi bölgəni çadırla təmin etməyə çalışır. Günlərdir beşik kimi yellənən Modenada çaxnaşma havası hakimdir: "Qorxuruq. Binamız çox ziyan görmədi, lakin evimizə girməyə çəkinirik. Buna görə özümüzü çölə atdıq və yanımızda çadırımızı da götürdük. Oğulum indi hava çarpayısını quraşdırır."

20 Maydakı ilk zəlzələdən sonra bir fabrikdə beton yığınları arasından üç cəsəd çıxarılıb. Halbuki, həmin zavodun özülünün möhkəm olduğu deyilirdi. 

Bu vaxt insan hüquqlarınin müdafiəsi ilə məşğul olan müxtəlif qruplar Modena şəhərindən 30 km aralıda yerləşən və zəlzələnin mərkəzi olan Cavezzo qəsəbəsində bir qadını dağıntı altından 12 saat sonra sağ xilas ediblər. İtaliya mediası dünənki zəlzələnin gücü də əvvəlki zəlzələ ilə eyni gücdə olmasına baxmayaraq rəsmilərin laqeyd olduqlarını yazıb. 

Məlum hadisə ilə bağlı İtalyan avtomobil firması olan "Ferrari" ilə motosiklet istehsalçısı "Ducati" də təhlükəsizlik baxımından bölgədəki zavodlarını müvəqqəti bağlamaq qərarına gəliblər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs