Əlaqə Arxiv
news Image
2012.05.30
17:09
| A A A
Yol polisi Bakının küçələrində olan tıxaclar haqda məlumatı sürücülərə SMS vasitəsi ilə bildirəcək

Avtomobil tıxacları ilə mübarizədə, Bakı Yol polisləri əllərindən gələni edirlər.

Bu haqda Movqe.Az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov açıqlama verdi.

Onun sözlərinə görə, "Avroviziya – 2012" musiqi yarışmasının keçirildiyi vaxt ərzində, təkcə Neftçilər prospektində 78 düzgün park edilməmiş avtomobillər evakuasiya olunub.

Bakı Yol Polisi idarəsi "Solution" firması ilə birgə sürücülərə yeni  xidmət təklif edir.

" "YOL" proyektinin məqsədi sürücüləri tıxaclar barədə məlumatlandırmaqdır. Yola düşməmişdən qabaq hər bir sürücü 8050 nömrəsinə Bakının hər hansı bir rayonunun kodunu göndərə bilər.

Cavab olaraq sürücü o rayonda olan tıxac haqda SMS vasitəsi ilə məlumat alacaq", - Vaqif Əsədov dedi.

Aylıq xidmət haqqı 2 manat təşkil edir. Bu xidmətdən imtina etmək üçün STOP sözünü yazıb 8050 – yə göndərmək kifayətdir.  

 Bakının rayon kodları bunlardır:

Səbail – YOL 1, Yasamal – YOL 2, Nəsimi – YOL3, Nizami – YOL 4, Xətai – YOL5, Nərimanov – YOL 6, Xəzər – YOL7, Binəqədi – YOL 8, Sabunçu – YOL 9, Suraxanı – YOL 10, Qaradağ – YOL 11.

SMS – ləri azərbaycan, rus və ingilis dilində almaq olacaq. Bunun üçün sadəcə ismarca "ru" və "en" əlavə etmək kifayətdir. Misal üçün: YOL 3 ru.

Türkan Nadirqızı

Movqe.Az

 

Sizin Reklam Yeriniz