news Image
2012.06.01
14:20
| A A A
Bu gündən sovet əmanətləri geri qaytarılır

Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən birdəfəlik ödəmələrin verilməsi prosesi bu gündən başlanır. 

Fərmana əsasən Nazirlər Kabineti tərəfindən Maliyyə Nazirliyinin nəzdində Xüsusi Komissiya yaradılıb. Komissiyanın vəzifələri əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi, yarana biləcək problemlərin həllini və nəzarəti həyata keçirməkdir.

Bu gündən etibarən sənədləri qaydasında olan vətəndaş əmanət kitabçasındakı kassa nömrəsinə uyğun olaraq təyin olunmuş bank filial və ya şöbəsinə, habelə bu məsələ ilə bağlı yaradılmış xüsusi məntəqələrə müraciət edə bilər. Hazırda bankın 143 (Bakıda 65, regionlarda 78) filial, şöbə və məntəqəsi vardır. Vətəndaş müraciət edəcəyi məntəqəni bankın internet saytında yaradılmış xüsusi bölmədə tapa biləcək.

Maliyyə Nazirliyinin məlumatına görə, qaydalara uyğun gələn əmanət hesablarının sayı 2 milyon 400 mindir.

Ərizələrin qəbulu ilin sonuna, birdəfəlik ödəmələrin verilməsi isə 2013-cü il dekabrın 31-nə qədər nəzərdə tutulub.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs