Gənc musiqiçinin solo konserti keçirildi
Movqe.Az bildirir ki, Fəridə Əsgərzadənin solo konserti keçirildi.
Xəbər verdiyimiz kimi, ötən gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında Bakı Dövlət Universitetinin tələbəsi Fəridə Əsgərzadənin solo konserti keçirildi. Konsert Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Daha sonra isə Azərbaycan və dünya ölkələri bəstəkarlarının əsərləri səsləndi.
Konsertdə Fəridə Əsgərzadə ilə yanaşı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli
Konservatoriyasının tələbələrinin çıxışları da alqışlarla qarşılandı.
Qeyd edək ki, bu, musiqiçinin ikinci solo konsertidi.
Türkan Nadirqızı
Movqe.Az