Əlaqə Arxiv
news Image
2012.06.01
23:22
| A A A
Azərbaycanda jurnalistika təhsili bu gün bu vəziyyətdədir
“Bakı Dövlətin Universitetin Jurnalistika fakültəsi inkişafdan qalıb”

Bu yaxınlarda jurnalistika fakültəsinin tələbələri iş tapa bilmədikləri üçün yaman şikayətlənirdilər. Bunun səbəbini tələbələrdən soruşduqda isə, onlar belə cavab verdilər:

"Hara gediriksə bizdən harada praktika keçdiyimizi soruşurlar. Sonda isə belə nəticəyə gəlirlər ki, biz onların işlərinə yaramırıq. Son sözləri də, sizdən jurnalist çıxmayacaq olur".

Bunun başlıca səbəbi isə ondadır ki, universitetlərdə tələbələrə jurnalistikanın prinsiplərini və tələblərini düzgün aşılamırlar. Məsələn, jurnalistikanın 4-cü kursunda oxuyan şəxs yerli telekanalların birinə iş görüşməsinə gedir. Lakin məlum olur ki, o bu günə qədər heç bir avadanlıq görməyib və hətta əlində bircə dəfə də olsun, diktofon tutmayıb.

Bəzi tələbələrin və ekspertlərin fikrincə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin indi verdiyi təhsildənsə, həmin fakültənin ləğv olunması daha məqsədə uyğun olardı. Avropa, Amerikanın təcrübəsi qalsın bir yana, heç olmasa, qonşularımız Gürcüstan və Türkiyənin media təcrübəsindən belə istifadə edilmir. Bir şeyi də qeyd etməliyik ki, çox təəssüflər olsun ki, BDU-nun jurnalistika fakültəsində internet jurnalistikasından dərs deyən müəllimin e-mail-ı belə yoxdur!

Bu cür müəllim internet jurnalistikadan tələbələr hansı bilikləri verə bilər çox maraqlıdır...

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz