Əlaqə Arxiv
news Image
2012.06.02
12:11
| A A A
"İnformasiya əldə etmək haqqında" qanuna ikinci dəyişiklik edilib

2012-ci ildə "İnformasiya əldə etmək haqqında" qanuna ikinci dəyişiklik edilib.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu və insan hüquqları komitələri "İnformasiya əldə etmək haqqında" qanuna əlavələr müzakirə edilib.

Cümə günü baş tutan komitələrin birgə iclasında qanunun, əsasən Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqları, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərin qorunması, ictimai qayda, sağlamlıq və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqları, kommersiya və digər iqtisadi maraqlarının qorunması və məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi ilə bağlı maddələrinə dəyişiklik istənilir.

Mediaforum saytı yazır ki, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "informasiya əldə edilməsinin məhdudlaşdırılması çərçivəsi göstərilmədikdə sui-istifadə olduğunu bildirib:

"Bəzən ehtiyac olmayan yerdə də informasiya əldə etməsinə məhdudiyyətlər qoyulur. Əlavə informasiyanın əldə olunmasının məhdudlaşdırılmasına konkret çərçivələr müəyyən edəcək"

Əli Hüseynli, MM, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri

"Bəzən ehtiyac olmayan yerdə də informasiya əldə etməsinə məhdudiyyətlər qoyulur. Əlavə informasiyanın əldə olunmasının məhdudlaşdırılmasına konkret çərçivələr müəyyən edəcək".

Media Hüququ İnstitutu (MHİ) hazırki dəyişikliyi "təhlükəli" hesab etməsə də, qanunun gələcəyi üçün narahatdır:

"İldə bir-iki dəfə İnformasiya əldə etmək haqqında" qanuna dəyişiklik edilir və bir az da belə olarsa, qanundan bir şey qalmayacaq", İnstitutun layihələr koordinatoru Xalid Ağaliyev bildirir.

"Əslində nə ola bilər?"

O deyir ki, bu qanun hazırda Azərbaycanda az-çox informasiya əldə etmək imkanı verən sənəddir.

"Əslində qanunda indiki dəyişikləri etmək lüzumsuz idi, çünki o maddələr Konstitusiya və Azərbaycanın qoşulduğu Avropa Konvensiyaları ilə qorunurdu"

"Yəni əgər əvvəllər Nar Mobile, qızıl yataqlarının kimə məxsus olmasını öyrənmək mümkün idisə, yeni qanunda buna qadağa qoyula bilər"

Xalid Ağaliyev, MHİ

Ağaliyev deyir ki, əslində bu əlavə və dəyişikliklərdə "kommersiya və digər iqtisadi maraqlarının qorunması" maddəsinə görə hazırda mümkün olan "hüquqi şəxsin təsisçi olması" məlumatlarına girişə "qadağa qoyulmaq istənilir":

"Yəni əgər əvvəllər Nar Mobile, qızıl yataqlarının kimə məxsus olmasını öyrənmək mümkün idisə, yeni qanunda buna qadağa qoyula bilər"

Tarixcə

Son dəfə bu qanuna bu ilin aprelin dəyişiklik edilib.

Həmin dəyişikliyə əsasən, "informasiya sorğusu göndərilən zamanı sorğuçu mənfi cavab alarsa, bu barədə ya məhkəmə, ya da Ombudsmana şikayət edə bilər və qanunun icrasına nəzarət də Ombudsmana verilib".

Qanun 30 sentyabr 2005-ci ildə qəbul edilib.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz