Əlaqə Arxiv
news Image
2012.06.02
14:05
| A A A
Azərbaycanda rus liseyləri yaradılacaq

Movqe.Az xəbər verir ki, Təhsil naziri Misir Mərdanov gələn tədris ili üçün rus dilinin tədrisi proqramının hazırlanmasını, eyni zamanda Azərbaycanda rus liseylərinin yaradılmasını təklif edib.


Nazirliyin rəsmi saytına istinadən bildirilir ki, bu barədə nazir MDB məsələləri üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Görüşdə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Ənvər Şeyxov iştirak ediblər.

Misir Mərdanov Azərbaycanla Rusiya arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə, xüsusi ilə təhsil sahəsində sürətlə inkişaf etdiyini bildirib.

Son zamanlar Azərbaycanda orta ümumi təhsil məktəblərində rus dilinə marağın artdığını qeyd edən nazir ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq hazırda rus dilinin öyrənilməsinə diqqətin gücləndiyini vurğulayıb.

Təhsil naziri gələn tədris ili üçün rus dilinin tədrisi proqramının hazırlanmasını, eyni zamanda Azərbaycanda rus liseylərinin yaradılmasını təklif edib və bu məsələyə dair qonaqların fikri ilə maraqlanıb.

Azərbaycanda rus dilinin tədrisi vəziyyətindən razı olduğunu deyən Konstantin Kosaçev hər hansı bir ölkədə rus dilinin inkişafı üçün praktiki iş və peşəkar mütəxəssislərin tələb olunduğunu qeyd edib.

 

Türkan Nadirqızı

Movqe,Az

Sizin Reklam Yeriniz