Əlaqə Arxiv
news Image
2012.06.01
21:20
| A A A
Azərbaycanlılar Türkiyədə daha çox ev almağa başlayır
Qardjaş ölkədə müvafiq qanunvericiliyin dəyişdirilməsi nəticəsində yaxın bir il ərzində ən az 2000 Azərbaycan vətəndaşının Türkiyədən ev alacağı proqnozlaşdırılır

Aparılan araşdırmalar göstərir ki, xaricdən daşınmaz əmlak alan azərbaycanlıların üz tutduqları əsas məkanlardan biri Türkiyədir. Belə bir vaxtda isə Türkiyə qanunvericiliyində edilən dəyişikliklər soydaşırımzın buradan daha çox daşınmaz əmlak alacağını deməyə əsas verir.

Bu barədə danışmazdan öncə qeyd edək ki, Türkiyədə ev alan və burada yaşayan soydaşlarımız adətən qardaş ölkədə kirayə mənzillərdə qalmalı olurdular. Onlar şəxsi mənzilə sahib olmaq arzularını hüquqi məhdudiyyətlər üzündən reallaşdıra bilmirdilər.

Çünki Türkiyə qanunvericiliyi digər xarici ölkələr kimi Azərbaycan vətəndaşlarına da burada ev almaq hüququ vermirdi. Ancaq Türkiyə parlamentinin bu günlərdə verdiyi qərar əcnəbilərin, o cümlədən də soydaşlarımızın burada şəxsi mənzil sahibi olmaq arzusunun reallaşmasına imkan verir. Əcnəbilərin mülk əldə etməsinə dair qanun minlərlə xarici vətəndaşa Türkiyədə daşınmaz əmlak almaq imkanı verəcək.

Yerli ekspertler bu qanunun quvvəyə minməsi ilə Turkiyənin inşaat sektorunun canlanacağını proqnozlaşdırırlar.Əmlak məsələləri üzrə ekspert, "Cemlak" şirkətinin sahibi Camal Mehmethanoğlu bildirir ki, əcnəbilərə Türkiyədə daşınmaz əmlak almaq məhdudiyyətinin aradan qaldırılması ölkənin turizm bölgələrində, eləcə də böyük şəhərlərdə inşa olunmuş minlərlə lüks mənzilin satılmasına imkan verəcək: "Son illərdə Türkiyədə saysız lüks bina və villalar tikilsə də, mənizllərin coxu sahibkarların əlində qalıb. Halbuki Azərbaycan, İran, Səudiyyə Ərəbistanı kimi bir cox ölkələrdən Türkiyənin əmlak sektoruna yatırım qoymaq istəyən minlərlə əcnəbi var. Bu qanunun qüvvəyə minməsi ölkəyə qoyulan xarici sərmayənin artmasına imkan verəvək ki, bu da ölkə iqtisadiyyatini hərəkətə gətirəcək".

Əmlak məsələləri üzrə məsləhətçinin fikrincə, qanunun qüvvəyə mindiyi ilk bir il ərzində ən az 2000 Azərbaycan, 5000 isə İran vətəndaşının Türkiyədə mənzil alacağı gözlənilir. Türkiyə Böyük Millət Məclisinin üzvü Əli Halaman isə BBC-yə müsahibəsində deyib ki, parlamentin təsdiqindən keçən bu qanun prezident Abdullah Gülün də ratifikasiyasından sonra qüvvəyə minəcək ki, bu proses də ən coxu iki ay davam edəcək.

Millət vəkilinin sözlərinə görə, bu qanun Türkiyənin inşaat sektorunun Avropa bazarları üçün açılmasına təkan verəcək. Onun sözlərinə görə, indiyə qədər Türkiyə qanunvericiliyi yalnız qarşılıqlıq prinsipi əsasında əcnəbilərə mülk almaq huququ verirdi. Belə ki, yalnız İngiltərə, Rusiya, Almaniya kimi Türkiyə vətəndaşlarına öz ərazisində mülk alma haqqını tanıyan ölkələrin vətəndaşları da Türkiyədə anoloji haqdan istifadə edə bilirdilər. Lakin yeni qəbul olunmuş əcnəbilərə Türkiyədə mülk əldə etmə haqqı qanunu qarşılıq tələb etmədən tətbiq olunacaq: "Bu isə həmin ölkələrdən olan zəngin iş adamlarının sərmayələrinin ölkəyə cəlb olunmasına imkan verəcək". Əcnəbilərin Türkiyədə mülk alma haqqı tanınmasını nəzərdə tutan qanun daha cox zəngin əcnəbilərin vəsaitlərinin Türkiyəyə cəlb olunmasına hesablansa da, sıravi təbəqə də bu haqqın rahatlığını yaşaya biləcək.

Onu da qeyd edək ki, Türkiyədə daşınmaz əmlak almaq istəyən Azərbaycan vətəndaşları bu məqsədlə Bakıda açılmış ofisə müraciət edə bilər. Belə ki, həl əbir müddət öncədən Türkiyənin "İnvestPro GmbH" şirkəti ölkədə əcnəbilərin daşınmaz əmlak almasına icazə verilməsi ərəfəsində bu istiqamətdə hərəkətə keçib. Şirkət xarici ölkələrdə yerli vətəndaşların Türkiyədə daşınmaz əmlak alma prosesini sadələşdirmək üçün artıq Azərbaycanda ofis açıb. Qeyd edək ki, Türkiyənin əcnəbilərə daşınmaz əmlak satışına qoyulmuş məhdudiyyətin götürülməsilə təqribən 20 milyard dollar gəlir götürəcəyi gözlənir. Bu fonda azərbaycanlıların Türkiyədə daha çox daşınmaz əmlak alacağı proqnozlaşdırılır. Azərbaycanlıların, daha çox, İstanbulda daşınmaz əmlak aldığı da məlumdur. Türkiyədə belə daşınmaz əmlak alışına sövq edən əsas səbəb isə kommersiya maraqlarıdır. Belə ki, burada alınan daşınmaz əmlakın icarəyə verilməsi gəlirli biznes sayılır. Onu da bildirək ki, Türkiyədə daşınmaz əmlak ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə ucuzlaşıb.

Türkiyə ilə yanaşı, digər xarici ölkələrdə daşınmaz əmlakın ucuzlaşmasına valyutaların məzənnələrindəki dəyişikliklər də təsir göstərib. Avro ilə manatın təxminən eyni həddə olması isə azərbaycanlı alıcılar üçün yaxşı imkan yaradıb. Ölkəmizdə isə aparılan araşdırmalar həm də onu göstərir ki, mənzil bazarında müəyyən ucuzlaşmaya baxmayaraq, hələ də burada əvvəlki fəallıq yoxdur. Məhz belə vəziyyətdə, ölkədən fərqli olaraq, xaricdə əmlak almaq istəyən azərbaycanlıların sayı xeyli artıb. Onu da qeyd edək ki, qiymətlərin aşağı düşməsilə yanaşı, bəzi ölkələrin alıcıları cəlb eləmək üçün burdan ev alanlara müxtəlif güzəştlər etməsi də bu məsələdə az rol oynamayıb. Ekspertlərin fikrincə, alıcılar həm xaricdəki ucuzluqdan istifadə edir, həm də dünyadakı böhran şəraitində pullarını etibarlı saxlamaq istəyirlər. Nəticədə xaricdə ev və ya başqa əmlak almaq istəyənlərin sayı xeyli artıb.

Səməd CƏFƏROV

Sizin Reklam Yeriniz