Əlaqə Arxiv
news Image
2012.06.04
15:46
| A A A
Bəşər Əsəd: Hula qətliyamını Suriya höküməti törədməyib
Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, Suriya hökümətinin Hula qırğınında heç bir iştirakı olmayıb.

Xəbər verdiyimiz kimi, may ayının 26-a keçən geçə Suriyanın Hula məntəqəsində 100-dən artıq adam qətlə yetirilmişdi, ölənlərin əksəriyətinin bıçaq və yaxın məsafədən açılmış güllə yarasından həlak olduqları müəyyən edilmişdir.

Prezident Əsəd həmin qətliyamı "dəhşətli cinayət" adlandıraraq bucür hərəkətləri insan adı ilə bir yerə sığmayan hərəkət kimi səciyyələndirib.

Movqe.Az BBC news a istinadən bildirir ki, yanvar ayından bəri ilk dəfə parlament qarşısında çıxış edən Əsəd xarici qüvvələri Suriyadakı vəziyyətə müdaxilə edərək ölkəni parçalamağa cəhd etməkdə ittiham edib.

"Hula və Suriyanın digər yerlərində baş verən qırğınları heç monstr da törətməzdi",- Bəşər Əsəd televiziya çıxışında deyib.

BMT müstəntiqləri bildirmişdi ki, Hulada həlak olanların əksəriyyəti edam olunub, şahidlərin iddialarına görə Hulada ölənləri hökümətpərəstlilər qətlə yetirib.

Qeyd edək ki, Huladakı qırğın Suriya hökümətinin ünvanına beynəlxalq səviyyədə sərt tənqidi bəyanatların səslənməsinə və bir sıra ölkələrdən Suriya diplomatlarının xaric edilməsinə səbəb olub.

Bəşər Əsəd çıxışı zamanı rejiminin uzun illər işlətdiyi arqumentləri təkrar edib - o deyib ki, Suriyada daxili böhran yoxdur, əslində Suriya xaricdən hazırlanmış qəsdlə üzləşib, və bu zaman daxili amillərdən də istifadə edir. Bəşər Əsəd Suriyanın bu cür vəziyyətlə regionda İsrailə müqavimət göstərdiyinə görə qarşılaşdığını vurğulayıb.

Prezident Əsədin təbirincə xarici qüvvələr ölkə daxilində Huladakı kimi qətliyamlar törətməklə ölkədə təriqətçilik zəminində qırğın törətməyə çalışırlar.

Onun sözlərinə görə Suriya ordusunu belə hərəkətlərdə ittiham etmək bütün Suriya vətəndaşlarını terrorçu omaqda ittiham etməyə bərabədir.

Bəşər Əsəd xarici qüvvələri, terrorçuları dəstəkləməkdə və Suriya daxilində "nifaq yaratmaq layihəsi" gerçəkləşdirməkdə ittiham edib.

Onun sözlərinə görə xarici qüvvələr qarşılarına başlıca məqsəd kimi Suriyanı zəiflətmək məqsədini güdürü.

Prezident Əsədin sözlərinə görə hazırkı böhrandan yalnız siyasi dialoq yolu ilə çıxmaq mümkündür, lakin eyni zamanda vurğulayıb kı, o, Suriya xalqını təmsil etməyənlər ilə danışıqlar aparmaq niyyətində deyil.

 

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz