news Image
2012.06.05
16:09
| A A A
Gənclərin pis vərdişləri: siqaret...

"Hər 13 saniyədə bir insan, siqaretlə bağlı bir xəstlikdən həyatını itirməkdədir. Hər il dünyada 2.500.000 insan siqaret üzündən həyatını itirməkdədir. Bu ölümlərin əsas səbəbi ağciyər xərçəngidir, ikinci əhəmiyyətli səbəb ürək xəstəlikləri və digər xərçəng növləridir".

Hal-hazırda statistikaya əsasən Azərbaycanda  əsasən bəylərimiz siqaret çəkir. Və bu say hər gün azalmaqdansa get-gedə artır.

Siqaretin nəyin ki, özünün hətda tüstüsünün belə nə dərəcədə ziyan olduğunu bilərək, bəzilərimizin siqaretə  bu qədər bağlı olması təəcüblüdür. Qəribə olan isə, həkimlərin siqareti çəkən insanda dəyişikliklər olur deməsidir. Bəs niyə siqaret çəkənlər bunu özlərində hiss etmirlər?
Bu gün siqaret insan orqanizminə müxtəlif ziyanlar vurur. Siqaretin bədəndə yaratdığı fəsatları həkim – terapevt Nəcibə Axundzadə açıqladı: "Siqaret hər çeşid ürək və ağciyər xəstəliyinə yol açır, damar tıxanıqlığından tutmuş, iflicə qədər apara bilir. İnsan vücudunda, heç bir üzv və orqan yoxdur ki, siqaretdə olan kimyəvi maddələrdən payını almasın. Vücutda qısa bir gəzinmə ilə siqaret çəkən adamın orqanizmində müftəlif dəyişikliklər olur:
Tənəffüs borunuzdan və bronxlarınızdan keçən duman ağciyərlərinizə enir... Siqaret dumanında kı hidrogen siyanid, bronxlarınızın divarını yandırır və xronik öksürük ortaya cıxır. Bronxlar zəiflədikcə, bu nahiyədə xeyli xəstəlik ortaya çıxır. Siqaret çəkənlər çəkməyənlərə görə on qat daha çox ağciyər xərçəngi olma riski daşıyırlar.
Siqaretin ürəyə verdiyi ziyanlar tək kəlimə ilə yıxıcıdır. Nikotin qan təzyiqini yüksəldir və qanın daha sürət ilə laxtalanmasına səbəb olur. Siqaretdə olan karbon monoksidin qandakı oksigeni yox etməsi ilə damarlarda şəkər, xolestrol toplanır və bu da Miokard infarktı riskini artırar.
Bundan başqa qan dövranı pozğunluğu ilə bağlı olaraq iflic, barmaqlarda qanqrena və gücsüzlük, siqaret çekənlərdə çox sıx müşahidə edilən xəstəliklərdir..
Siqaret çəkən də ağız xərçənginə yaxalanma riski çox yüksəkdir. Bundan başqa tütün dumanı diş əti xəstəliklərinə yol açır, diş çürüməsinə ve nəfəsinizdən pis iy gəlməsinə səbəb olur. Beyinə gedən oksigendə azalma olur, bu da beyin damarlarının daralmasına səbəb olur. Bu vəziyyət insanı iflicə qədər aparıb çıxara bilər.
Siqarətin həzm sistemini xeyli çox pis təsiri müşahidə edilir.. Siqaret çəkmək ilə bağlı olaraq, mədədə xlorid turşusu ifrazı artır, mədə yanmaları ve xora başlayır. Siqaret çəkənlər də pankreas xərçəngi çox sıx ortaya çıxır, böyük ölçüdə ölüm ilə nəticələnir. Siqaretin içində olan kanserogen maddələr, sidiklə orqanizmdən atılır, ancaq bu maddələrin vücudda olması sidik kisəsi xərçənginə yol açır. Siqaret üzündən ortaya çıxan yüksək qan təzyiqi ise böyrəklərə böyük ziyan vurur".
Onuda qeyd edim ki, bu gün Azərbaycanda qadınlar arasında da siqaret çəkənlərə sıx rast gəlmək olur. Bunun isə qadın orpanizminə çox böyük fəsadı var.
Həmçinin tibb işçiləri qeyd etdilər ki, siqaret çəkən qadınların çoxalması, gələcək nəsillərin gen fonduna da təsir göstərə bilər.
Nikotin qadınların immun sistetemini zəiflədməsindən əlavə, həzmə, nəfəsə və cinsiyyət funksiyalarına da neqativ təsir göstərir.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru professor Azad Hacıyev hal- hazırda Azərbaycanda 40 faiz kişilərin, 2-10 faiz qadınların siqaret çəkdiyini dedi: "Bu Azərbaycan üçün çox pis göstəricidir. Bu say get gedə artmaqdadır. Yaxşı olardı ki, dünyada siqareti qadağan edən qanunlar çıxardaydılar. Çünki ancaq bu cür siqaret deyilən bəladan can qurtarmaq olar. Çox təəsüf ki, dünyanın heç bir ölkəsində siqareti qadağan edən bir qanun yoxdur".
Siqaret ən çox gənclər arasında yayılmışdır. Bunun səbəbləri isə müxtəlifdir. Bəzi gənclər yoldaşlarının onu ələ salmasından qorxub siqaret çəkməyə başlayırlar. Bu isə düzgün deyil.

 Sonradan onları nə gözləyəcəyini bilərək bu cür etmək nə qədər düzgündür?

Bu suala psixoloq Sevinc Allahyarova cavab verdi: "Gənclərimiz, xüsusən də oğlanlar elə bilirlər ki, siqaret çəkməklə onlar tez böyüyəcəklər. Əslində isə bunun belə olmadığını başa düşmürlər. Hətda bəzən elə olur ki, bir birlərini qıcıqlandırırlar ki, qarşı tərəfdə siqaret çəksin. Lakin siqareti bu qədər asanlıqla çəkən insan başa düşmür ki, sonradan siqareti tərgitmək üçün hansı çətinliklərlə üzləşəcək".
Bunuda qeyd edək ki, səhiyyə təşkilatının hesablamalarına görə, hər il təxminən beş milyona yaxın adam siqaret çəkməyin nəticəsində ölür. Bu rəqəm ildən-ilə artır. Təşkilat xəbərdarlıq edir ki, əgər problemin qarşısı alınmasa, 2020-ci ildə tütündən istifadə etmək nəticəsində 8 milyona yaxın adam həlak olacaq. Birləşmiş Ştatlarda 46 milyona yaxın adam siqaret çəkir. Bu il Amerikada siqaret çəkmək nəitcəsində yaranmış xəstəliklərdən təxminən 440 min adamın öləcəyi gözlənilir.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs