Əlaqə Arxiv
news Image
2012.06.05
18:53
| A A A
Putin: “Mitinq iştirakçıları cərmə olunacaqlar”

Movqe.Az xəbər verir ki, Rusiyanın prezidenti Vladimir Putin mitinq barədə yeni qanun qəbul edəcəyi barədə danışıb.

Bu gün Sankt-peterburq şəhərində keçirilən sammitdə, Vladimir Putin Rusiyada keçirilən mitinqlər ilə bağlı son nəticə haqda danışıb. Hökümət başçısının fikrincə mitinq keçirtmək istəyənlərin istəklərində qeyri-qanuni heç bir şey yoxdur. Lakin bu məsələdə Rusiya qanunvericiliyi Avropa standartlarına daha sıx olmalıdır.

Putinin sözlərinə görə, bu günə qədər mitinq təşkil edənlərin hər biri azadlıqdadır. O, jurnalistlərə verdiyi açıqlama da, mitinq zamanı mövcud qaydaları pozan şəxslərə qarşı inzibati sanksiyalar istifadə edildiyini bildirib.

"Bu gün mitinqlərin keçirilməsi çox normal bir haldır. Sadəcə biz Rusiya qanunvericiliyini Avropa standartlarına daha yaxın etməliyik", - deyə Putin bildirib.

Vladimir Putin qanun pozuntuları üçün cərimələrin artmasının müxalifətçilər tərəfindən mitinqlərin keçirilməsində, heç bir mane yaratmayacağını bildirib. O hesab edir ki, onlar bunu daha sivil qaydada edəcəklər.Yəni partiyalar yaradaraq və siyasi mübarizəyə qoşularaq.

Çıxış zamanı Vladimir Putin 2003-cü ildən həbsxanada cəza çəkən oliqarx Mixail Xodorovskinin taleyinə də, toxunub. Onun sözlərinə görə, bu iş adamını siyasi məhbus hesab etmək düzgün deyil.

Unutmaq lazım deyil ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Xodorovskini günahsız elan edib", - deyərək Putin siyasi məhbuslar haqda danışmağa davam edib.

Qeyd edək ki, mitinqlər haqda yeni qanun tezliklə qəbul ediləcək. Artıq bu qərarı iyun ayının 12-si Moskva və digər şəhərlərdə qəbul ediləcəyi gözlənilir. Çünki məsz, həmin vaxt bu şəhərlərdə yeni üsyanların keçiriləcəyi gözlənilir.

Onuda qeyd edək ki, yeni qanuna görə, mitinq zamanı qanun pozuntularına yol verənləri 3000 manat dəyərində cərmə gözləyir. Bu pozuntulara yol verən şəxlər isə, 6000 manat dəyərində cərmələnəcəklər.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz