news Image
2012.06.05
18:46
| A A A
Klinton: Ermənistan-Türkiyə münasibətləri Qarabağ nizamlanmasından asılı olmamalıdır

ABŞ Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasını arzulayır və "Ermənistan-Türkiyə protokollarının qeyd-şərtsiz imzalanmasına" kömək etməyə hazırdır, lakin bu məsələ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə baglı deyil.

Hillari Klinton ABŞ-ın Yerevanla Ankara arasında münasibətlərin yaxşılaşmasını dəstəklədiyini bildirib.

"Bu bölgə üçün çox vacib məsələlərdir və qismən səfərimin məqsədidir. Lakin bir məsələnin tənzimlənməsi o birisi ilə əlaqələndirilməməli yaxud onun üçün ilkin şərtə çevrilməməlidir", - deyə Hillari Klinton ABŞ-ın bölgə üçün bu iki vacib məsələnin həllində fəal iştirak edəcəyini bildirib.

Son nəticədə, ABŞ dövlət katibi Cənubi Qafqazda bütün sərhədlərin açılmasına və bölgədə əməkdaşlığın bərpa ediləcəyinə ümid edir, qeyd edib Hillari Klinton.

"ABŞ Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında maraqlıdır. İki il əvvəl olduğu kimi bu gün də bəyan edirəm ki, top Türkiyə tərəfindədir. Ermənistan öz addımını (normallaşma istiqamətində) atıb", - ABŞ dövlət katibi deyib.

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ABŞ dövlət katibi Hillari Klintonla Yereavnda birgə mətbuat konfransında Ermənistan-Türkiyə münasibətlərinin sahmana salınması məqsədilə Yerevanla Ankara arasında məxfi danışıqlar aparıldığı haqqında məlumatları təkzib edib.

"Mən bir daha bəyan edə bilərəm ki, Ermənistan-Türkiyə münasibətləri ilə bağlı danışıqlar aparılmır, aparıla da bilməz. Danışıqlar başa çatıb", Edvard Nalbandyan deyib.

"Nəticədə Türkiyənin hörmətinə layiq görülməyən və hansısa ilkin şərtlər irəli sürərək gerçəkləşdirilməyən protokollar imzalanmıb.Elə düşünmürəm ki, Türkiyənin ilkin şərtlər irəli sürməyə haqqı var. Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması qeyd-şərtsiz həyata keçirilməlidir.Bu, xanım dövlət katibi dediyi kimi, dünya birliyinin mövqeyidir. Biz də belə hesab edirik".

Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi 2008-ci il sentyabrda başlanmışdı. Bir il bundan sonra Ermənistan və Türkiyə xarici işlər nazirləri Sürixdə diplomatik münasibətləri bərpa etmək və iqtisadi əlaqələr yaratmaq haqqında 2 protokol imzalayıblar. Lakin bu sənədlər hər iki ölkə parlamentlərində ratifikasiya edilməyib.

Ermənistan-Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi 2008-ci il sentyabrda başlanmışdı. Bir il bundan sonra Ermənistan və Türkiyə xarici işlər nazirləri Sürixdə diplomatik münasibətləri bərpa etmək və iqtisadi əlaqələr yaratmaq haqqında 2 protokol imzalayıblar. Lakin bu sənədlər hər iki ölkə parlamentlərində ratifikasiya edilməyib.

2010-cu ildə Ermənistan prezidenti Türkiyə tərəfinin protokolları təstiqləməyə "hazır olmadığına görə" onların ratifikasiya prosesinə xitam verib.

 

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs