news Image
2012.06.05
21:16
| A A A
Ermənistan-Azərbaycan sərhədində Ermənistan ordusunun üç hərbçisi öldürülüb

Rəsmi Yerevan Ermənistan-Azərbaycan sərhədində 3 erməni əsgərinin öldürüldüyü xəbərini yayıb.

Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına əsasən, iyunun 4-də Azərbaycan tərəfinin hərbi əməliyyatı nəticəsində Ermənistan ordusunun əsgərləri Muşeğ Nuribekyan, Zohrab Balabekyan və Karen Davtyan həlak olub. Daha 6 hərbçi - Muşeğ Nuribekyan, İqit Hovhannisyan, Sedrak Şahbazyan, Artak Mnatskanyan, Koryun İritsyan və Maksim Melkonyan – yaralanıb.

Ermənistan Müdafiə Nazirliyi "Azərbaycan tərəfindən Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində növbəti dəfə atəşkəs rejimini pozub Tavuş vilayəti Berdavan və Çinari kəndləri yaxınlığında Ermənistan mövqelərinə soxulmağa cəhd" edildiyini bildirir.

"Cavab tədbirlər nəticəsində düşmən dayandırılıb... İstintaq aparılır. Hadisə yerinə Müdafiə Nazirliyinin xüsusi istintaq qrupu yollanıb", - deyilir məlumatda.

Hal hazırda "təmas xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət" edildiyi və "adekvat tədbirlər" görüldüyü bildirilir.

Bu arada APA agentliyi eyni hadisə ilə bağlı "Ermənistan ordusunun 3 hərbçisi öldürülüb, 5 nəfər yaralanıb" xəbərini yayıb.

APA Azərbaycan tərəfinin cəbhə xəttində Ermənistan ordusunun diversiya cəhdinin qarşısını aldığını bildirib.

Adı çəkilməyən mənbəyə istinad edən APA agentliyi xəbər verir ki, ötən gecə Ermənistan-Azərbaycan dövlət sərhədində, Ermənistanın Tavuş rayonunun Çinari-Berdavan kəndləri istiqamətində Azərbaycan hərbçiləri Ermənistan ordusunun təxribat qrupunu aşkarlayıblar.

"Həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan Ordusunun 3 hərbçisi öldürülüb, 5 nəfər isə yaralanıb".

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs