news Image
2014.01.30
20:28
| A A A
Bir dəqiqədə stressə son vermənin 7 yolu

Stress aktual problemlərdən biri olaraq tanınır. İş və ailə problemlərinə bir də maddi problemlər əlavə olunduqda istər istəməz stress sahibi oluruq. Bu problemin həlli günümüzdə çox asandır. Günlük həyatda gərgin işlə məşğul olan insanlar iş həyatının sıx tempindən, artıq pul və ya vaxt xərcləmədən xilas ola bilərlər. Türkiyədə sağlamlıqla əlaqədar fəaliyyət göstərən saytların birində 1 dəqiqədə stressə son verməyin yolları açıqlanıb. Daha çox təbiət səslərini və musiqini dinləməyin, gülməyin stresi azaltdığı bildirilir. Həmin üsullar haqda daha ətraflı. 


Belə ki, beyninizi sakitləşdirən və bədəninizi rahatlaşdıran hərəkətlər etməklə 1dəqiqə ərzində stressi azaltmağa nail olmaq olar. Türkçə buna "sürətli bədən taraması" deyirlər.

Təbiət səslərini dinləməklə də stressə qalib gəlmək olar. Amerikalı stress mütəxəssisi Dr. Kathleen Hall təbiət səslərinin stressi azaltmaqda köməkçi olduğunu ifadə edir. Stress mütəxəssisinə görə üç dəqiqə müddətində okean, yağış, meşə ya da bir dərənin təbii səslərini dinləmək zehinə kömək edir. Üstəlik artıq bu cür təbii səsləri dinləmək üçün ağıllı telefon adı verilən texnologiyadan da yararlanmaq olar. Dr. Kathleen bu cür tətbiqlərdən faydalanaraq quş ya da pişik səsləri dinləyərək belə stress hormonlarını önləmənin mümkünlüyü bildirilib. 


Gülmək də stresi azaltmağa , insanı rahatlaşdırmağa və əsəblərinin qorunmasına xidmət edir. Bu baxımdan gülmək çox faydalı hesab olunur. 

İlk başda qəribə gələ bilər amma özünüzü gülməkdən əsla çəkindirməməlisiniz. Sınasanız bunun nəticələrini tez bir zamanda hiss edəcəksiniz. Bunun üçün internetdən məzəli videolar izləyərək ya da komik bir anınızı düşünərək özünüzü güldürə bilərsiniz. Bu şəkildə stressdən uzaqlaşaraq, beyindəki endorfini çölə ataraq, bədəninizi rahatlaşdıra bilərsiniz. 


Dərin nəfəs almaqla stresi azaltmaq olar. Yalnız bir dəqiqəlik dərin nəfəs alıb vermə beyinin fəaliyyətini aydınlataraq bədəni canlandırar. 1970-ci illərdə Dr. Herbert Benson tərəfindən Harvard Universitetində edilən bir araşdırmada nəfəs alıb-vermə meditasiyasının bədənin stressə qarşı gücünü artırdığı bildirilir. Siz də bu meditasiyadan faydalanmaq üçün sakit bir yerdə oturun və bir dəqiqə dərin nəfəs alaraq sizi sıxan düşüncələrin ağlınızdan uçub getməsini təmin edin. 


Masanızda gözəl qoxulu losyon saxlayın. Beyninizin qoxuları qəbul edən hissəsi duyğu və yaddaşınıza hökm edən hissəsinə əslində çox yaxındır. Buna görə gözəl qoxulu mühitlərdə olmaq müsbət duyğular inkişaf etdirmənizi təmin edərək beyninizi aydınlatacaq. Siz də lavanta çiçəyi və nanə aromalı losyonlar alaraq stressə düşdüyünüzdə kiçik dozalarda dərinizə tətbiq edə bilərsiniz. 


Boyun və çiyin masajı ilə stresə və gərginliyə qalib gəlmək olar. Ancaq bu masajın təsirli ola bilməsi üçün kompüterdən uzaqlaşın və sakit bir mühitə keçin. 


Rəqs etməklə də gərginiyi və depressiyanı azaltmaq olur. Bu prosesdə edəcəyiniz hər cür idman hərəkəti stressinizi azaltmaqda köməkçi olacaq. Bu üsulun ən gözəl yanı rəqs edərək zövq almanız və eyni zamanda sağlamlığınıza müsbət qatqı təmin etməkdir. Kompüterinizdən uzaqlaşın. Ən sevdiyiniz parçanı açın və dinləyin. Nəticədən məmnun qalacaqsınız.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs