news Image
2014.02.04
21:17
| A A A
Enerji anbarı və iştah artırıcı

Məlumata görə tut meyvəsinin tərkibində kaliumun, tiaminin, kalsiumun, dəmirin, B və C vitaminin, üzvü turşuların və digər xeyirli elementlərin olması insan orqanizmi üçün olduqca faydalı hesab olunur. Tutda kalori dəyərinin yüksək olduğu, iştahı artırdığı və enerji anbarı olduğu məlumatlarda öz əksini tapıb. Bundan əlavə tutun halsızlığa və yorğunluğa xeyirli olduğu, qanazlığı problemi yaşayanlara təsirli olduğu bildirilir. İltihabı aradan qaldıran xüsusiyyətinin olması, ağız yaralarından badamcıq və diş əti xəstəliklərinə qarşı faydalı olduğu xüsusi ilə qeyd olunur. Uşaqlarda zəka inkişafı üçün təsirli olduğu, həzm sistemini gücləndirdiyi, qəbizlik problemi yaşayanlara xeyirli olduğu bildirilir. Bağırsaq parazitləri üçün faydalı olduğu və qurd salıcı nadir qidalardan hesab olunduğu da məlumatlarda öz əksini tapıb. Astma və ağciyər xəstəliklərinə müsbət təsiri olduğu da göstərilir. Sakitləşdirici xüsusiyyəti vardır, stresli anlarda yağlı və şəkərli yeməklər yerinə seçim edilə bilər. 

Məlumata görə tut meyvəsinin faydalarının çox olmasına baxmayaraq diqqətli istifadə edilməsi lazımdır. Tut meyvəsinin zərəri də ola bilər. 

Xüsusilə şəkər xəstələrinin və insulin müqaviməti yaşayan insanların tut meyvəsini diqqətli istifadə etmələri lazımdır. Həmçinin bu məlumatda qandakı şəkərin sürətlə arta biləcəyidə bildirilir.