Əlaqə Arxiv
news Image
2014.02.07
17:49
| A A A
Bitki çaylarının daha bir faydası
Bitki çaylarından istifadə siqaret istifadəsini azaltmağa kömək edir

 Pis vərdişlər sırasında olan siqaret istifadəsi günümüzdə bəzi yeniyetmələrdə, qızlarda, qadınlarda və hətta hamilə qadınlarda görülür. Bu acınacaqlı vəziyyət həmin insanların qeyri-sağlam və xəstəlikli həyat sürməsinə yol açır. Başqa sözlə, damarlarda olan ateroskleroz xəstəliyi, cinsi fəaliyyətin zəifliyi, miokard infarktı, insult, ürək əzələsi və beynin arteriyaları xəstəliklərinin olması uzun müddətli siqaret istifadəsinin nəticəsidir. Bu baxımdan qısa müddətdə siqareti tərgitmək və sağlam həyata qovuşmaq məsləhətdir. Çünki, xəstəliklərin və pis vərdişlərin qarşısı nə qədər tez alınarsa bir o qədər sağlam yaşamaq olar. Bu məsələdə həlledici rolu insan iradəsi oynayır, göstərilən vasitələr isə yardımçı olur. Siqareti tərgitmə üsullarından biri xalq təbabətindən istifadədir. Onlar arasında qərənfil və ballınanə bitkiləri xüsusi fərqlənir. 

Kliniki tədqiqatda qərənfil tumurcuqları ilə hazırlanan çayın kişilərdə siqaret istifadəsini azaltdığı bildirilir. Bir ay müddətində tətbiq olunan qərənfil çayı bədəndə yığılan nikotin maddəsinin orqanizimdən sürətlə atılmasını təmin edir. Həmçinin tədqiqatlarda iştirak edən 38 nəfərdə siqaret asılılığının əhəmiyyətli ölçüdə azaldığı görülüb.

Ballınanə bitkisi də siqaret buraxılması ilə əlaqədar əsəbilik halının aradan qaldırılmasında əhəmiyyətlidir. 

Elmi təbabətdə siqareti tərgitmək üçün bir sıra dərman preparatları və yardımçı vasitələr tətbiq olunur.

Sizin Reklam Yeriniz