Əlaqə Arxiv
news Image
2012.06.07
16:24
| A A A
Clinton Bakını vətəndaşların hüquqlarına hörmət etməyə səsləyib

Movqe.Az xəbər verir ki, bölgəyə səfərinin yekunları ilə bölüşən Amerikanın dövlət katibi Azərbaycan rəhbərliyi ilə danışıqlarda insan haqlarının müzakirə edildiyini bildirib.

Təqribən 5 saat ərzində davam edən səfəri vaxtı prezident İlham Əliyevlə görüşən ABŞ dövlət katibi bölgədəki enerji maraqları ilə insan haqları sahəsində vəziyyətin balanslaşdırılması barədə fikirləri ilə bölüşüb.

"Hacıyevin buraxılmasından razıyam"

"ABŞ hər zaman Azərbaycanda jurnalistlərin və etiraz yürüşlərinin iştirakçılarının azad olunmasına çağırıb. Mən fəallardan birinin – Bəxtiyar Hacıyevin buraxılmasından razıyam və bu gün onunla görüşdüm", - Hillary Clintondan Turan agentliyində iqtibas gətirilir.

Bununla yanaşı ABŞ rəsmisi Ermənistanla Azərbaycan arasında gərginliyin artmasının "fəlakətli" nəticəyə malik ola biləcəyini deyib.

Xanım Klintonun sözləri APA agentliyində verilir.

"Bu zorakılığa son qoyulmalıdır. Mən Azərbaycan prezidentinə bəyan etdim ki, ABŞ münaqişənin nizamlanması prosesinə kömək etmək üçün əlindən gələn hər şeyi etməyə hazırdır".

Müxalifətdən reaksiya

Bununla yanaşı Bakıya səfəri vaxtı ABŞ rəsmisinin müxalifətlə görüşmədiyi narazılıqla qarşılanıb.

AXCP Partiyasının mətbuat xidmətinin rəhbəri Natiq Ədilov "Mən bu hadisəni Azərbaycanda demokatiyaya münasibət kimi dəyərləndirirəm" deyib.

Hərçənd ki, Ədilov, hadisəni bir faciə" kimi qiymətləndirmədiyini qeyd edib.

Hillary Klintonun iyunun 4-də başlayan bölgəyə səfəri hərəsində bir gün olmaqla, Ermənistan və Gürcüstana səyahətlə müşahidə edilib.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz