news Image
2012.06.07
15:42
| A A A
"İki ölkə arasında nifrət təbliğatı artıb"

Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək məqsədilə Azərbaycan və Ermənistan cəmiyyətlərinin yaxınlaşdırılması üzrə humanitar təşəbbüs çərçivəsində Moskvada iyunun 4-də və 5-də iki ölkənin bəzi KİV rəhbərlərinin görüşü keçirilib.

Görüş Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun təşəbbüsü ilə "Rossiyskaya qazeta"nın redaksiyasında və İTAR-TASS informasiya agentliyində keçirilib.

Görüşdə Azərbaycandan "Baku Post" qəzetinin baş redaktoru Tofiq Abbasov, "1news" agentliyinin baş redaktoru Rəhman Hacıyev, "Trend" informasiya agentliyinin baş direktoru İlqar Hüseynov, "News.az" xəbər portalının baş redaktoru Elnur Baimov və Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, jurnalist Azər Həsrət iştirak ediblər.

Ermənistan tərəfdən Ermənistan İctimaiyyətlə Əlaqələr Assosiasiyasının eksperti Armen Minasyan, informasiya təhlükəsizliyi sahəsi üzrə ekspert, kulturoloq-blogger Samvel Martirosyan, "Aravot" qəzetinin baş redaktoru Aram Abrahamyan, Ermənistan Prezident Aparatı İctimaiyyətlə əlaqələr və informasiya mərkəzinin rəhbəri Ara Sağatelyan və "Qolos Armenii" qəzetinin baş redaktorunun müavini Marina Qriqoryan görüşə qatılıblar.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayan və keçmiş səfir, MDB Dövlətlərarası Humanitar Fondunun icraçı direktoru Armen Smbatyan da iştirak ediblər.

"BBC Azərbaycanca"nın Yerevan müxbiri Marina Qriqoryanın Moskva görüşü ilə bağlı təəsüratlarını öyrənib.

 

"Göröşün məqsədi"

"Görüşüm başlıca məqsədi Azərbaycan və Ermənistan cəmiyyətlərində qarşılıqlı nifrət və ədavət təbliğatının çözüldülməsi üçün iki ölkə jurnalistləri arasında təmaslar təşkil etmək, ünsiyyət yaratmaq olub. Bunlar hər iki ölkə mətbuatında təbliğat səciyyəli əvəzinə mümkün qədər obyektiv, həqiqətə uyğun məlumat verməyə, jurnalistika təcrübəsindən dövlət başçılarının ünvanına təhqiredici ifadələrin işlədilməsinin, həqarətli qiymətvermələrin aradan qaldırılmasına xidmət etməlidi", - deyib Marina Qriqiryan.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan jurnalistləri "daxil olan informasiya şübhəli görünərsə", birbaşa əlaqə saxlamaq və məlumatı dəqiqləşdirmək haqqında razılığa gəliblər.

Marina Qriqoryan azərbaycanlı tərəf müqabillərindən bəzilərinə inandığını bildirir və deyir: "Hər halda görüş haqqında Azərbaycanda dərc edilən ilk yazılar ümumən həqiqəti əks etdirir. Bu, görüşün səmərəliliyinə dair müəyyən ümidlər doğurur".

Eyni zamana bəzi görüş iştirakçılarının razılaşmaya riayət edəcəklərində erməni jurnalist şübhələnir: "Mən, yumşaq desək, jurnalistika və insani etika prinsiplərinə riayyət etməyən bir agentliyin rəhbəri ilə görüşəndə şüurum deyir: bu adama etibar etmək olmaz, ürəyim isə deyir ki, bəlkə etibar edim və nə isə dəyişə bilər".

 

"Təbliğat"

"Qolos Armenii" qəzetinin baş redaktor müavini əvvəllər də azərbaycanlılarla birgə layihələrdə iştirak edib, atəşkəs dövründə iki dəfə Bakıda olub.

O deyir ki, son illər hər iki ölkə KİV-lərində qarşılıqlı kin-ədavət, nifrət təbliğatı daha da dərin kök salıb.

Və 10 il bundan əvvəlkindən fərqli olaraq, bu gün Erənistan informasiya vasitələrində belə təbliğata daha çox rast gəlmək olar.

"Bu gün erməni cəmiyyəti Azərbaycanda baş verənlərə, şübhəsiz, adekvat reaksiya verir. Uzun illər Azərbaycandan yağdırılan ədavət təbliğatı Ermənistanda əks-reaksiya doğurub. Onlar istədiklərinə nail oldular. Hər gün sənin xalqına qara yaxırlar, uydurmalar, yalan yazır, dezinformasiya yayırlarsa, neyləməlisən? Cavab reaksiya yaranır. Və mən təəssüflə deməliyəm ki, bu gün bizim KİV-lər, jurnalistlər, bəzi ictimai xadimlər cavab təbliğat aksiyalarına qatılıblar".

Türkan Nadirqızı

Movqe. Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs