Əlaqə Arxiv
news Image
2012.06.08
12:00
| A A A
Bu günə gözlənilən hava şəraiti

Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında iyunun 08-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal küləyinin gün ərzində güclənəcəyi gözlənilir. 

Havanın temperaturu gecə 18-23, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə iyunun 08-də hava şəraiti gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnozlara görə isə iyunun 08-dən 10-dək Abşeron yarımadasında davamlı xəzri küləyinin yaratdığı sərinlik müsbət amil olsa da, 08-09 iyunda güclü külək bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Sizin Reklam Yeriniz