news Image
2012.06.08
16:58
| A A A
BDU-da imtahan nəzarətçilərinin nəzakətsizlikləri
Movqe.Az xəbər verir ki, BDU-da imtahan zamanı nəzarətçilər tələbələrin psixologiyasına təsir ediblər. 

Bu günlərdə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində qəribə hadisə baş verib.

Hər kəsin bildiyi kimi, imtahan vaxtı BDU-da saat 10:00-da başlayır. Lakin buna baxmayaraq imtahan sualları üçüncü kurs tələbələrinə yarım saat gec verilib.  Səbəb isə nəzarətçi qismində təyin olunan müəllimin tələbələrə nəzakət dərsi keçmək istəyi olub.

Daha sonra isə, yəni imtahan biletləri paylandıqdan sonra, nəzarətçi tələbələrin hüquqlarını pozmağa cəhd edib. Və istəyinə də nail olub. Qeyd edək ki, imtahan üç saat davam edir. Və bu imtahan zamanı tələbələr iki saat ərzində dərs proqramından istifadə edə bilərlər. Lakin nəzarətçi bu imkandan da istifadə etməyə tələbələrə imkan verməyib.

Bunu isə o, bu cür izah edib: "Bizə hər gün iclas keçirilir. Və deyilir ki, tələbələrə proqramdan istifadə etməyə icazə verməyək. Mən öz vəzifəmi yerinə yetirirəm".

Qəribədir. Bu nəzarətçinin sözlərindən belə başa düşmək olur ki, ya Baloniya sistemində yeni dəyişikliklər var, bundan da tələbələrin xəbəri yoxdur. Yada ki, nəzarətçilər əllərindən gələni edirlər ki, tələbələr imatahandan kəsilsinlər.

Lakin insident bununla bitməyib. İmtahan zamanı Jurnalistika fakultəsinin dekanı tələbələr tərəfindən çağırılsa da, o nəzarətçinin tərəfini saxlamağa başlayıb. San ki bu fakultə tələbələri özünə düşmən bilir.

Dekan qəzəblənərək "Siz yaman demaqoq olubsunuz! Öz hüquqlarınızı tələb etməkdənsə, yazınızı yazın", - deyərək zalı tərk edib.

Dediyim kimi, öz hüquqlarımızı tələb edirdik. Lakin nədən isə bunu görən hər kəs tələbələr ilə düşmən kimi rəftar edərək, susdurmaq qərarına gəlir. Burada bir sual ortaya çıxır: bizim ölkədə, bizim BDU-da, bizim jurnalistika fakultəsində söz azadlığı varmı?

Qeyd edim ki, tələbələrin imtahan verdiyi fənnin adı "Hüquqi tənzimləmə" idi. Jurnalistika fakultəsinin isə əsas vəzifəsi tələbələrə, gələcək jurnalistlərə söz azadlığının dəyərini başa salmaqdır. Lakin görülən mənzərədən aydın olur ki, bu fakultə tam əksinə edir. Sözün varsa, yaxşısı budur sus, çünki əvəzində "demaqoq" deyərək ittiham olunacaqsan.

Bu hadisədən sonra nəticə olaraq, tələbələr imtahanı əsəbi halda veriblər. Gərginlik keçirdən tələbələr bu günədək belə bir hadisə ilə rastlaşmadıqlarını bildirirlər.

 

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs