Əlaqə Arxiv
news Image
2012.06.08
21:49
| A A A
Təmas xəttindəki gərginlik: Bakı və Yerevandan baxış
Movqe.Az BBC new-a istinadən bildirir ki, son günlər ərzində təmas xəttində gərginliyin artmasının səbəbləri, hadisələrin inkişafı və mümkün fəsadlarına Yerevan analitikləri və Bakıdan hərbi ekspert Uzeyir Cəfərov münasibət bildirir. 

Bakı: genişmiqyaslı toqquşmalar gözlənilmir

Yerevan: müharibə təhlükəsi "olmasa da, onu istisna" etmək də olmaz

Mühüm olaylardan öncə bu kimi gərginləşmə yeni bir şey deyil. Bənzər gərginləşmə Azərbaycan və Ermənistanın Sankt Peterburqda keçən danışıqlarından öncə də yaranmışdır.

Rusiyanın iki ölkə arasında sülh yaratmaq missiyasının iflasa uğramasından sonra Hillary Clintonun bölgəyə səfəri və tərəflərlə danışıqlar aparması vaxtı Moskva Ermənistan vasitəsilə bölgədə söz sahibi olduğu barədə messaj yollayıb.

Rusiya istədiyi şəkildə konflikti həm qızışdıra həm də ki, sakitləşdirə bilər. Ama bundan sonra sakitlik bərpa olunmalıdır və yəqin ki olacaq.

Qəbələ

İlham Əliyevlə Vladimir Putin arasında Qəbələ məsələsi müzakirə olunmalıdır. Bu məsələ tam həllini tapana qədər, bu danışıqlar vaxtı, tərəflər arasında sakitlik hökm sürməlidir. Danışıqların uğursuz keçdiyi təqdirdə Ermənistan kartından istifadə edilməsini gözləmək olar.

Hərçənd ki, mən bunu gözləmirəm. Rusiya öz maraqlarından qərb isə enerji mənfəətlərindən irəli gələrək yeni münaqişə istəmir. Bu vəziyyətin əvvəlki dinc məcrasına qayıdacağını əsaslandırır.

Təxribat

İndiyədək hərbçilər bilavasitə səngər və postlarda öldürülüb. Baş verənlər genişmiqyaslı toqquşma yox sırf təxribat əməliyyatı olub. Yaxın müddətdə nə Azərbaycanda nə də ki Ermənistanda geniş miqyaslı hərbi əməliyyat üçün heç bir istək və zəmin yoxdur.

Dünyanın hansısa nöqtəsində oturan beynəlxalq eskpertlər dediyimin əksinə təhlil və proqnozlar verə bilərlər.Lakin hadisələrin bilavasitə yaxınlığında olan, onları təqib edən və səlahiyyətli şəxslərlə təmaslarımdan belə bir nəticəyə gəlirəm ki, hər-hansı geniş miqyaslı əməliyyatın başlanması gözlənmir. Hərçənd ki, BMT qətnamələri Azərbaycana öz ərazilərini qaytarmaq haqqını verir Azərbaycan bunu etmir.

Ötən gün Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargahı işğal olunmuş torpaqları 10 gün ərzində geri almağa qadir olduğunu deyib. Hərçənd ki, hərbi idarə buna insan ölümünə yol verməmək üçün getmədiyini bildirir. Belə bəyanatlar müharibəyə hazırlaşan ölkədə verilməz. Adətən müharibəyə hazırlaşan ölkə başını aşağı salıb sakitcə real addımlarını atardı. Azərbycanda bu yoxdur.

Bu yaxınlarda Ermənistandan qayıdan həmkarlarımız da deyirlər ki, Ermənistanda müharibə amilinin onlar üçün mümkün fəsadları ilə bağlı ciddi narahatçılqlar var. Bunlar onu deməyə əsas verir ki, Ermənistan tərəfi də yaxın müddətdə genişmiqyaslı əməliyyatlar başlamayacaq.

Onlar hələ işğal altında olan əraziləri lazımınca saxlamaq iqtidarında deyillər. Ona görə şəxsi heyət və silah-sursat baxımından çətinliklər çəkən ermənilərin belə addım atması ağla batan deyil.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz