news Image
2012.06.09
11:03
| A A A
Payçıları aldatmış rəhbərlik “həbs edilmir”
Movqe.Az xəbər verir ki, Fuad Ltd və Kamran MMC tikinti şirkətləri tərəfindən aldadılan payçılar növbəti mətbuat konfransında problemləri həll edilənə qədər Prezident Aparatı binasının qarşısında hər həftə aksiya keçirəcəklərini bildirib.

Fuad Ltd-dən mənzil alanlar "şirkətin rəhbəri Qasım Məmmədov haqqında üç maddə (dələduzluq, vergidən yayınma və vəzifədən sui-istifadə etmək) ilə cinayət işi açılsa da, hələ də həbs edilməməsindən" narahat olduqlarını bildirib.

"Haqqında cinayət işi açılıbsa, niyə həbs olunmur?", - payçı Aqil Şahvələdov deyir.

Payçıların hüquqlarını qoruyan Ələkbər Məmmədov bildirib ki, şirkət rəhbərliyi 108 min manat deyil, 300 payçının daxil olduğu iki milyon yarım manata qədər pulu "mənimsəyib".

"Qasım Məmmədov hazırda Xırdalandakı ofisində oturub ev satmaqla məşğul olur", - Ələkbər Məmmədov qeyd edir.

Şirkətin Xırdalan şəhərində yarımçıq tikdiyi binada işlər hazırda Abşeron Rayon İcra Hakimiyyətinin təmir-tikinti idarəsi tərəfindən aparılır, aldadılmış payçıların hüquqlarını bərpası üçün belə rəsmi qərar verilib.

Hüquq müdafiəçisi bu halda belə, vətəndaşların "aldadıldığını" bildirir:

"Qasım Məmmədovun ARİH verdiyi payçı siyahısı ilə Komissiya tərəfindən hazırlanan siyahı arasında fərqlər var: Pulu tam ödəyənlərin borcu olduğu yazılıb, bəzilərinin adı ümumiyyətlə yoxdur"

Kamran MMC-nin payçıları adından Nofəl Quliyev bildirib ki, rəsmi olaraq 70-80 nəfərin işinin həll edilməyib:

"Əslində isə bizim aksiyalara yalnız 26 payçı qatılır", - Quliyevə görə problemləri olan yalnız bu sayda olan şəxslərdir.

Hüquq müdafiəçisi Ələkbər Məmmədov deyir ki, 26 payçının arasında, barter üsulu ilə ev alan, pulunu geri istəyən, əlavə pul ödəməklə mənzilinə köçmək istəyənlər olsa da, "Kamran MMC rəhbəri İsfəndiyar Axundov razılaşmır: "2 otaq istəyən deyir ki, 3 otaqlı mənzil qalıb, 3 otaqlı istəyə isə əksinə", Məmmədova görə, bu cümlə ilə payçıların məsələsinin həll edilməsi gecikdirilir.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bildirib ki, "evləri təkrar satılaraq aldadılmışlar"ın işi üzrə istintaqın davam etdirilir.

Məlumatda "Kamran B.Ə" MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə açılmış cinayət işinin davam etdirildiyi deyilir.

Eyni zamanda, Fuad Ltd rəhbərliyi barəsində də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Korrupsiyaya qarşı mübarizə idarəsi yerli mediya iş üzrə istintaq davam etdirdiyini və aldadılmış vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyini bildirib.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs