news Image
2012.06.09
12:05
| A A A
Erməni lobbisi Azərbaycana qarşı sanksiyalara çağırır
"Hay dat" ("Erməni məhkəməsi") təşkilatın Amerika ofisi məktubla Ağ Ev administrasiyasına müraciət edib "təmas xəttində və Ermənistan sərhədində azərbaycan təcavüzunə son qoymaq" və Qarabağ münaqişəsini həll etmək planı təklif edib.

7 bənddən ibarət planda ABŞ administrasiyasına ilk növbədə "Azərbaycanın militarist bəyanatları və hərəkətləri"nin pislənməsi təklif olunur.

Bundan başqa, Vaşinqton Azərbaycana hər hansı hərbi yardım göstərilməsinin qarşısının alması, bu baxımdan Azərbaycana hərbi yardım göstərməyi qadağan edən 907-ci düzəlişin tətbiq edilməsi məsləhət görülür.

"Hay dat" Amerika ofisi ABŞ Nümayəndələr Palatasını Dağlıq Qarabağa yardımın həcmini 5 milyon dollara çatdırılması təklifini təstiqləməyə çağırır.

Müraciət müəllifləri Dağlıq Qarabağa danışıqlar prosesinin tamhüquqlu iştirakçısı statusu verilməsini, Dağlıq Qarabağla dövlət və vətəndaş cəmiyyətləri səviyyəsində təmasları əngəlləyən kommunikasiya və başqa maneələrin aradan qaldırılmasını tələb edirlər.

O cümlədən "Hay dat" Amerika ofisi Obama administrasiyasına 2005-ci ildə "dağıdılmış Naxçıvandakı erməni qəbiristanlığını" ziyarət etmək istəyən Amerika ekspertləri və diplomatlarına maneələr törədilməməsini tələb etməyi təklif edir.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs