Əlaqə Arxiv
news Image
2012.06.09
13:45
| A A A
Masallıda dəhşətli qəza
Masallı rayonunda minik avtomobili "KamAZ"la toqquşub, 4 nəfər həlak olub. 

Movqe.Az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, Masallı rayonu, Alvadı kəndində "KamAZ" markalı yük avtomobili və "Mercedes" markalı minik avtomobili toqquşub.

Nəticədə, minik avtomobilinin sürücüsü və 3 nəfər sərnişin hadisə yerində ölüblər. Qeyd edək ki, hadisə yerində ölənlərin şəxsiyyəti məlum deyil.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz