Əlaqə Arxiv
news Image
2014.02.18
21:35
| A A A
Diabet xəstələri şəkərin miqdarını göz yaşı ilə müəyyən edə biləcəklər

Xəstələr qanda şəkərin miqdarını göz yaşı ilə müəyyən edə biləcəklər.

Şəkərli diabet xəstələri şəkərlərinin miqdarını öyrənmək üçün hər gün barmaqdan qan verərək şəkər səviyyələrini ölçmək məcburiyyətindədirlər.

Bəzən xəstələr barmaqlarını deşməmək üçün şəkərlərinin miqdarını yoxlamaqdan yayınırlar ki, bu da sonradan xəstənin vəziyyətinin pisləşməsinə səbəb olur.


Artıq bu problemə son qoyulacaq. Movqe.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Miçiqan Universitetinin elmi işçiləri xəstəlikdən əziyyət çəkənlər üçün yeni üsul tapıblar. Belə ki, xəstələr şəkər miqdarını yoxlamaq üçün qan yerinə göz yaşından istifadə edə biləcəklər.


Qeyd edək ki, şəkərli diabet xəstələrinə şəkərlərinin miqdarını tənzimləmək üçün xüsusi insulin iynəsi vurulur. Xəstələrin qanındakı şəkər səviyyəsinə görə insulin iynələrini vurdurub-vurdurmayacaqları məlum olur. Əgər qanda şəkərin miqdarı həddindən artıq dəyişərsə, xəstələr komaya düşə və hətta ölə bilərlər.

Sizin Reklam Yeriniz