Əlaqə Arxiv
news Image
2014.02.19
18:18
| A A A
Təhlükəli Çin qabları
Eyyub Hüseynov: «Belə məhsullar dünyanın demək olar ki, hər yerində satılır» İmran Abdullayev: «Başqa ölkələrdən gətirilən bütün məhsullar yoxlamalardan sonra ölkəyə buraxılır»

Fazil Talıblı: "Uyğunluq sertifikatı almayan qab satılırsa, demək, bunun keyfiyyətinə heç kim zəmanət vermir"


Çin istehsalı olan bir sıra məhsulların orqanizm üçün təhlükəli olması haqda daim media resurslarında  məlumatlar görürürük. Ölkəmizə Çindən ən çox idxal olunan  geyim malları və uşaq oyuncaqlarıdır ki, onlar da qiymətcə sərfəli olmasına baxmayaraq bir çox hallarda keyfiyyət cəhətdən aşağı olur.  Son zamanlar isə ordan gətirilən bəzi qab-qacağın da orqanizm üçün təhlükəli olması barədə fikirlər səslənir. Qeyd olunur ki, bəzən Çindən gətrilən qab-qacağın hazırlanmasında melamin adlanan maddədən istifadə olunur ki, bu da təhlükəlidir.

Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov bu cür məhsulların yoxlanılmadan ölkəyə buraxılmamalı olduğunu deyir: "Belə məhsullar dünyanın demək olar ki, hər yerində satılır. Amma gərək bu məhsullar ölkəyə gətirilərkən normalara cavab verib-vermədiyi yoxlanılsın və əhali məlumatlandırılsın". 


Gigiyena və Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev sisə Movqe.az aytına verdiyi açıqlamada başqa ölkələrdən gətirilən bütün məhsulların yoxlamalardan sonra ölkəyə buraxıldığını dedi: "Bu gün Azərbaycana başqa ölkələrdən idxal olunan məhsullar Gömrük Komisətinin nəzarətində yoxlanışdan keçirilir. Komitə bununla bağlı Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə işlər aparır. Normalara uyğunluğu müəyyən olunarsa, ölkə ərazisində istismara buraxılır". 


Movqe.az-a açıqlama verən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıblı komitə tərəfindən yoxlanışdan keçirilən bütün məhsullara uyğunluq sertifikatıın verildiyi dedi. Mətbuat katibi istehlakçıların hər bir məhsul üçün  sertifikat tələb etmələrini məsləhət görür: "Çindən idxal olunan qablar ən çox plastik qablardır. Plastik qabların insan orqanizminə vurduğu zərərlə bağlı çox fikirlər səslənir. Bununla bağlı həm istehlakçılar, həm də ki müəyyən ekspertlər müəyyən fikirlər səsləndirirlər. Amma hər bir məhsulun öz standartı var. Azərbaycan Respublikasında ölkəyə gətirilən hər məhsul müəyyən tələblər əsasında yoxlanılır, laborotoriya şəraitində sınaqdan keçirilir və bundan sonra satışa çıxarılır. Satışa çıxarılarkən isə uyğunluq setifikarı ilə təmin edilir. Əgər uyğunluq sertifikatı almayan qab satılırsa, demək, bunun keyfiyyətinə heç kim zəmanət vermir. İstehlakçılar bu cür məhsullardan uzaq durmalıdırlar. Onlar heç də çəkinmədən satıcıdan uyğunluq sertifikatı tələb etməlidirlər ki, məhsulun yoxlanılıb-yoxlanılmadığını bilsinlər. Yəni, burda istehlakçılar özləri diqqətli olmalıdırlar". 


Sizin Reklam Yeriniz