Əlaqə Arxiv
news Image
2012.06.11
11:18
| A A A
Cəbhə xəttində minlərlə insanın həyatı hər an risk altındadır
İyulun 5-də Azərbaycanın bir çox kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrində dəhşətli xəbər yayıldı: Ermənistanın diversiya qrupunun mövqelərimizə növbəti hücumunun qarşısı alınıb, ermənilər ağır itki verərərək qaçmağa məcbur olublar. Ağır döyüşdə 5 əsgərimiz də şəhid olub.

Bu və buna bənzər xəbərlər mediada çox yayılsa da demək olar ki, qısa müddətdən sonra hadisənin üstündən keçilir, şəhidlərə layiq olduqları kimi rəsmi dəfn törənləri təşkil olunmasa da, bu hadisədən tutmuş digər məsələlər də yaddan çıxır.

Movqe.Az BBC news-a istinadən bildirir ki, Quşçu Ayrım kəndinin üstündə yerləşən Qəlyan başlıq və Para yüksəkliklərindəki erməni mövqeləri ilə yaşayış evlərin arasında 300-400 metr məsafə var və bu ərazidə nəzarətsiz olan ərazilər varki yerli sakinlər həmin ərazıdən ermənilərin rahatlıqla kəndə daxil ola biləcəklərini istisna eləmirlər.

Düzdür, bu ərazilər yəqin ki minalanıb. Amma diversiya qrupları üçün minalanmış sahələri keçməkdə heç bir problem yoxdur. Hər halda baş verən son hadisələr bunu sübüt edir. Həm də onu qeyd etmək lazımdır ki, bu istiqamətdə ermənilərin bütün postları bizim postlarımızdan hündürdə yerləşir. Ermənilər yalnız postlarımızdaki əsgərlərimizin hər adımını deyil, yerli əhalini də ovuclarının içi kimi görürlər.

Hər halda yerli əhali ermənilərdən qorxmur. Kənd təsərrüfatı işləri ilə məşğuldurlar, mal qara saxlayırlar, hətta erməni postlarının qarşısında mal-qara, qoyun quzu da otarırlar. Amma problemləri də az deyil. Belə ki, Məzəmə qədər yolu hardasa yol hesab eləmək olsa da, Məzəmdən Quşçü Ayrıma gedən yola yol demək mümkün deyil. Məzəmi keçəndən sonra Məzəm gölünün sahili ilə Quşçü Ayrıma bərbad vəziyyətdə olan yol qalxır.

Bu yol həm də bölgənin ən təhlükəli yolu sayılır. Çünki burada daldalanmağa təpə və ya ağac yoxdur, yalnız o dədər də böyük olmayan gölün digər sahilindən adi gözlə görünən erməni əsgərlərinin sənə tuşladığı silahların qarşısından keçırsən. Bunu inancli insanların dili ilə desək, cənnətlə cəhənnəm arasında təsvir edilən qıl körpüsü də hesab etmək olar.

Çünkı hava məsafəsinin burada 100-150 metr olduğunu nəzərə alıb qarşı tərəfdəki erməni əsgərləri istədikləri vaxt bu yolla keçənləri vura biləcəklərini söyləmək olar. Misal üçün 2010-cu ildə Quşçu Ayrım kənd sakinləri Etibar Babayev və Mülkədar İsmayilov erməni gülləsinə tuş gəlib.

Dəniz səviyyəsindən təxminən 1300 metr hündürlükdə təxminən 350 ailəninin yaşadığı Quşçu Ayrım kəndinə qalxana qədər, yolların yarasızlığı və yoxuş olması nəticəsidnə avtomobil bir neçə dəfə qaynatdı. Amma kəndə daxil olanda həqiqətən insan özünü cəhənnəmdən cənnətə düşən insan kimi hiss edir.

Sanki 3 tərəfdən bu kənd düşmən əhatəsində deyil, sanki, minlərlə düşmən silahının lüləsi bu kənddə hərəkət edən hər kəsə və hər şeyə tuşlanmayıb. Yayın istisinə baxmayaraq hər yan yaşıllığa bürünmüş Quşçu Ayrımda quşların səsləri, itlərin hürüşməsi sükutu pozurdu. Yol boyu isə ot çalıb evinə daşıyan, qan-tər içində həyətyanı sahələdə həvəslə işləyən insanları görmək olurdu.

Vətənpərvərlik kabinetlərdən yox cəbhə xəttindən başlanmalıdır

Bu insanları isə yolların yayrsız olmasından daha çox milyonlarla gəliri olan ölkənin müharibə və atəşkəs dövrünün atışmaları nəticəsində yararsız vəziyytət düşmüş evlərinin damının dəyişdirilməsi və təmiri üçün yardım maraqlandırırdı. Sözsüz ki, tez-tez atəşkəsin pozulması və 18-19 yaşlı, xüsusilə kasib ballalarının qırılması barədə ürək ağrısı isə danışırdılar.

Belə sakinlərdən biri də erməni postlarından bir neçə yüz metr aralıda evi yerləşən Quşçu Ayrım kənd sakini Nuru Hacıyevdir.

Onun yaraşıqlı evınin damının ermənilərin aşdığı mütəmadı atəş nəticəsində sıradan çıxıb. Nəticədə payızda və qışda bütün yağıntı evinə damıb və buna görə evinin bütün tavan və döşəmələri sıradan çıxıb.

Habelə sakinlər hakimiyyətin yuxarı eşelonlarında təmsil olunan şəxsləri bu cənnət güşəsinə dəvət edirlər. Sakinlər vətənpərvərliyin yalnız gözəl kabinetlərdə oturub ütülənmiş bəyanatlarla kifayətləndirilməsini istəmirlər

Türkan Nadriqızı

Movqe.Az

Sizin Reklam Yeriniz