Əlaqə Arxiv
news Image
2012.06.11
12:16
| A A A
Avrozona İspaniyanın böhran yaşayan bank sisteminə güzəştli kredit ayırır
 İspaniyanın Baş naziri Mariano Rajoy Avrozona ölkələri maliyyə nazirlərinin İspaniyayan böhran vəziyyətinə düşmümş banklarına yardım göstərmək qərarını alqışlayıb.

O, jurnalistlərə deyib ki, nəticədə "avroya" inam qələbə çalıb: "Bu Avrozonasının vahid valyuta ideyasının qələbəsidir".

Şənbə günü Avrozona nazirləri Madridə 100 mlrd avro məbləğində borc verilməsini razılaşdırıblar.

Son günlərdə İspaniyada yerli bankların böhran vöziyyətinə düşdüyü xəbərləri yayılmışdı.

Beləki, may ayının sonunda İspaniyanın ən iri banklarından biri Bankia böhtranlı vəziyyətə düşərək, hökümətdən 23 mlrd avro məbləğində maliyyə yardımının göstərilməsini xaiş etmişdi.

Nəticədə Beynəlxalq reytinq agentləri bir sıra İspaniya banklarının kredirt reytinqlərini endirmişdi. banklara zərəli kreditlər üzündən çətin vəziyyətə düşmüş banklara kömək etmək üçün.

ABŞ və BVF İspaniyanın maliyyə sisteminə kreditin ayrılması qərarını alqışlayıblar.

İspaniyanın Baş naziri Mariano Rajoy Madriddə keçirilmiş mətbuat konfransında deyib ki, sağ-mərkəzçi hökümət tərəfindən son 5 ərzində görülən tədbirlər ölkənin daha genişmiqyaslı yardım paketinə ehtiyacını aradan qaldırıb.

"Hökümət son 5 ay ərzində görülən tədbirləri görməsəydi, indi Avrozona ilə maliyyə sisteminin yox, bütövlükdə İspaniyanın dövlətinin xilas edilməsi paketli müzakirə etməli olacaqdıq", - rajoy deyib.

İspaniya banklarına verilmiş kredit Baş nazirin qənaətincə, "xırda biznesə, əhalinin sahibkarlıqla məşqul olan təbəqələrinə kredit verilməsini xeyli sürətləndirəcək və çeşidləndirəcək".

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz