Əlaqə Arxiv
news Image
2012.06.11
14:08
| A A A
Albalı aspirindən 10 qat daha təsirlidir

Movqe.Az xəbər verir ki, Albalı bədənin immunitet sistemini dəstəkləməyə köməkçi olan antosiyanin kimi flavonoidler baxımından zəngin olan bir meyvədir. Eyni zamanda tərkibindəki C vitamini ilə viruslara və bakteriyalara qarşı mübarizə apararaq immunitet sistemini nizamlayır.

Tədqiqatçıların apardıqları araşdırmalar nəticəsində, 20 albalı bir aspirinə bərabərdir. Güclü bir ağrı kəsicidir. 20 albalıda 12-25 mg arası antosiyanin maddəsi olduğu üçün bu maddənin ağrı kəsici təsirinin aspirinden 10 qat çox olduğu sübut edilib.

Oynaq ağrılarını azaldan və göz xəstəliklərinə qarşı qorumanı təmin edən güclü bir iltihabın qarşısını alan maddə olan kuersetin ehtiva edər.

Albalı antikanserogen xüsusiyyəti olan bitki mənşəli kimyəvi elajik turşu baxımından zəngin bir meyvədir.

Ehtiva etdiyi zəngin minerallar ilə bədənin su tarazlığını nizamlayır. Qəbzliyi aradan qaldırır. Xolesterol və qan şəkərini aşağı salır və damar sərtliyinin müalicəsində də təsirli bir qidadır.

Böyrəklərin dostu olan albalı, bədənin zəhərli maddələrdən təmizlənməsini təmin edir. Albalı həmçinin revmatizm və bağırsaq xəstəliklərinə də təsir edir.

Sizin Reklam Yeriniz