Əlaqə Arxiv
news Image
2012.06.11
18:07
| A A A
Miqrenlə əlaqəli 4 gen təyin olundu

Movqe.Az bildirir ki, Miqrenin ən məşhur növü ilə əlaqəli yeni 4 gen təyin olunub.

Avstraliyalı və avropalı elm adamları, aurasız miqreni (sadə miqren) olan 4 min 800 adamın gen xəritəsini çıxarıb. Bu insanların genləri miqreni olmayan 7 min insanla müqayisə edilib.

Miqreni olan xəstələrdə 4 gendəki mutasiyaya digər qrupdakılarda rast gəlinməyib.

Araşdırma "Nature Genetics" jurnalında nəşr olunub.

Elm adamları, araşdırma nəticələrinin miqrenin daha yaxşı müalicə edilməsinə kömək  olacağını güman edirlər.

Sizin Reklam Yeriniz