Movqe.Az-a Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycan hökuməti "İlkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən xəstəliklərin (psixi pozuntuların) Siyahısı" təsdiq edib. Hökumətin qərarına görə, siyahıda qeyd olunan pozuntuların ilkin tibbi yardım göstərən tibb müəssisələrinin həkimləri tərəfindən müalicəsi zamanı bir ay müddətində xəstənin vəziyyəti yaxşılaşmadıqda, xəstə mütləq ixtisaslaşdırılmış psixiatriya müəssisəsinə göndərilməlidir.
İlkin tibbi yardım
göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən
xəstəliklərin (psixi pozuntuların) siyahısı:
Psixi pozuntunun adı - Xəstəliyin XBT-10 üzrə
kodu
1.Üzvi emosional-labil (astenik)
pozuntu - F 06.6.
2.Yüngül dərəcəli koqnitiv pozuntu - F
06.7.
3.Yüngül dərəcəli depressiv epizod - F
32.0.
4.Orta dərəcəli depressiv epizod - F
32.1.
5.Rekurrent depressiv pozuntu, yüngül dərəcəli
gedişli epizod - F 33.0.
6.Rekkurent depressiv pozuntu, orta dərəcəli
gedişli epizod - F 33.1.
7.Distimiya - F 34.01.
8.Aqorafobiya - F 40.0.
9.Sosial fobiya - F 40.01.
10.Spesifik fobiyalar - F 40.2.
11.Təşviş pozuntuları (epizodik paroksizmal
həyəcan) - F 41.0.
12.Generalizə olunmuş təşviş
pozuntuları - F 41.1.
13.Qarışıq təşviş və depressiv pozuntular - F
41.2.
14.Kəskin stress reaksiyası - F 43.0.
15.Posttravmatik stress pozuntusu - F
43.1.
16.Uyğunlaşma pozuntusu (adaptasiya pozuntuları) -
F 43.2.
17. Somatikləşmiş pozuntu - F 45.0.
18. İpoxondrik pozuntu - F 45.2.
19. Somatoform vegetativ pozuntu - F
45.3.
20. Nevrasteniya - F 48.0.
21.Nevrogen anoreksiya - F 50.0.
22.Nevrogen bulimiya - F 50.2.
23.Qeyri-üzvi mənşəli yuxusuzluq - F
51.0.
24.Qeyri-üzvi mənşəli hipersomniya - F
51.1.
25.Qeyri-üzvi mənşəli ayıq-yuxu rejiminin
pozuntusu - F 51.2.