Əlaqə Arxiv
news Image
2012.06.12
17:38
| A A A
Sizin psixoloji yaşınız neçədir? TESTDƏN KEÇİN !
Tanınmış psixoloq Karl Rocers deyərmiş: " Mən çox zəif uşaq olmuşam.Bir dəfə atam ağzından qaçırtdı ki,yəqin bu canla çox yaşamaram,cavan ölərəm. İndi 75 yaşındayam və onun haqlı olduğunu düşünmürəm.Özümü cavan hiss edirəm və ümidvaram ki, heç vaxt qocalmayacağam". Ahıllıq yaşına qədər gənclik enerjisini qorumağı bacaran insanlar az deyil. Amma bəzən əksinə də olur- cavan adam yaşanmış illərin yükünü çətinliklə daşıyır.

Gəlin testə başlayaq ! Əgər fikirlə tam razısınızsa, özünüzə 4 bal, qismən razısınızsa 3 bal, qəti razı deyilsinizsə, 1 bal yazın.


1. Fikrimcə, mənim yumor hissim yaxşıdır.

2. intuisiyam pis deyil.

3. Ümidvaram ki, gələcəkdə məni ürəkaçan əməllər gözləyir.

4. Fikrimcə, adamların mənimlə söhbətləşməkdən xoşu gəlir.

5. Mənə oxşamayan və baxışlarımız tamam fərqlənən kimsə mənim xoşuma gələ bilər.

6. Mən uşaqları sevirəm.

7. Mürəkkəb məsələləri həll etmək xoşuma gəlir.

8. Hər hansı işə başlayanda onu daha yaxşı bitirməyin yolunu axtarıram

9. Müxtəlif  hadisələrin səbəbləri məni maraqlandırır.

10. İşdən başqa mənim xeyli məşğuliyyətim var.

11. Hər hansı bir dəyişikliyi yaxşılığa doğru dəyişiklik kimi qəbul edirəm.

12. Mənim işim insanlara xeyir gətirir.

13. Bəzən xəyala dalmağı sevirəm.

14. Sevdiyim musiqi ovqatımı yaxşılaşdırır.

15. Yeni ideyaları maraqla qarşılayıram.

16. Bir qayda olaraq çətinlik və maneələrlə qarşılaşarkən, geri çəkilmirəm.

17. Uğurlu zarafata ürəklə gülməyi bacarıram.

18. Öz ürək sirrlərimi bölüşə bildiyim heç olmasa,bir nəfər yaxşı adamım var.

19. Fiziki aktivlikdən həzz alıram.

20. Təzə adamlarla görüşmək xoşuma gəlir.

21. Bacarmadığım bir işi öyrənmək ürəyimdən keçir.

22. Cazibədar görünməyə çalışıram və buna nail oluram


NƏTİCƏYƏ BAXAQ!


50 BALDAN AŞAĞI. Sizin kimi adamlardan söz düşəndə deyirlər ki,çox şeyi görüb, başı çəkib deyə hər şeyin qədrini bilir. Amma bu " müdriklik " özünü tez yetirməyib ki? Axı, görüləsi, öyrəniləsi və yaşanılası nələr var!


50 -75 BAL. Yetkinlik yolunda gəncliyinizin bəzi məqamlarını qurban verməli olmusunuz. Qayğılar, streslər sizin sevinmək qabiliyyətinizi kütləşdirsə də, ciddiliyə və məsuliyyətə alışmısınız. Siz problemlərlə tam yüklənməmiş " orta" yaşlısınız. Bir qədər gümrahlıq və nikbinliyin sizə köməyi dəyər.


Əgər 75 BALDAN ÇOX toplamısınızsa, deməli, doğum tarixinizdən asılı olmayaraq, həyat eşqiniz və özünüzə inamınız aşıb-daşır. Siz mehriban, nikbin və xeyirxahsınız. Qocalmağa hələ uzun illər var.  


Testi psixoloq Ramiz Qarayev tərtib edib.

Sizin Reklam Yeriniz