news Image
2012.06.13
10:18
| A A A
Saçlar üçün maska reseptləri

Gözəl saçlar qadınların gözəlliyinin təminatçısıdır. Qış fəslində temperatur dəyişikliyi, baş geyimindən çox istifadə  quru kəpəyi daha da artırır. Quru kəpək yağlı kəpək kimi saçın tökülməsinə səbəb olmadığından onu ev şəraitində müalicə etmək olar. Gənəgərçək (kator yağı), ayı döşəyi (repeynoe) yağları quru saçı və baş dərisini vitaminlə zənginləşdirir. Yağları saçların dibinə çəkib 1-2 saat saxladıqdan sonra yuyun.

Yağlı saçlar üçün qidalandırıcı maska:

Yumurta sarısı

1 çay qaşığı bitki yağı

3-4 damcı gənəgərçək yağı

Bu məhlulu qarışdırıb, saçınıza çəkin və 20 dəqiqədən sonra şampunla yuyun.

Nəmləndirici maska:

Yağlı,şirin olayan yoqurt 

2-3 xörək qaşığı avokado yağı 

Bu məhlulu 3 saat saxladıqdan sonra yumaq olar.

"Yorğun "saçlar üçün resept:

1 xörək qaşığı çobanyastığını 0,5 stəkan suda dəmləyin.Məhlulu cunadan süzün. Çiçəklərə 1 xörək qaşığı jojoba (innab) yağı, 1 çay qaşığı bitki yağı əlavə edin. Yaxşıca qarışdırın, saçın bütün uzunluğu boyu yaxın, 7-10 dəqiqədən sonra şampunla yuyun.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs