news Image
2012.06.13
15:16
| A A A
İflic xəstələrinə kömək olan kompüter oyunu

Movqe.Az bildirir ki, İngiltərədə sinir sistemi və beyinlə əlaqədar araşdırmalar aparan elm adamları, iflic
xəstələrinin əl və qollarını yenidən gücləndirə bilmələrinə imkan verən bir kompüter oyunu hazırlayıblar.

Müasir zamanda elm nə qədər irəliləmiş olursa olsun, erkən ya da irəliləyən yaşlarda görülən bir-birindən fərqli iflic narahatlıqlarını tamamilə ortadan qaldıracaq bir həll hələ məlum olmayıb.

"Newcastle" Universitetindən professor Canet Eyr və "Limbs Alive" şirkəti iflic keçirmiş xəstələrin daha əyləncəli və hərəkətli bir şəkildə müalicə edilə bilmələrini təmin edən "Circus Challenge" adlı oyun hazırlayıblar.

3 ölçülü qrafiklərlə yaradılan "Circus Challenge" fiziki müalicədə irəliləyiş üçün xəstələrə maraqlı bir təcrübə təqdim edir. Oyunun məqsədi iki idarəedicilərdən istifadə edərək klounlara tort atmaq, hoqqabazlıq nömrələri və buna bənzər hərəkətlər sayəsində iflic keçirmiş xəstələrin əl və qollarındakı zəifliyi yavaş-yavaş aradan qaldırmaqdır.

Professor Canet Eyr əl və qollarını istifadə edərək oynadıqları kompüter oyunu sayəsində xəstələrin hərəkətlərinin məlumatlarının analiz edilə bildiyini, bu məlumatların xəstəyə və internet yolu ilə da terapevtlərinə çatdırıldığını bildirib. Beləliklə, iflic keçirmiş xəstələr "Circus Challenge" sayəsində evdə müalicə ala biləcəklər və bunun sayəsində, xəstəxanaya ayırdıqları vaxt olduqca azalacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs