news Image
2012.06.14
15:00
| A A A
BDU-da ikinci ali təhsilə qəbul dayandırıldı
 Movqe.Az xəbər verir ki, bu il, 2012-2013-cü il tədris ili üçün Bakı Dövlət Universitetində ikinci ali təhsil almaq üçün müsabiqə keçirilməyəcək. 

Bu il ikinci ali təhsil üçün müsabiqə keçirilməyəcəyini təsdiqlənib. Qeyd edək ki, bir sıra digər ali təhsil müəssisələrində müsabiqələrin keçiriləcəyini və ikinci ixtisasa sahib olmaq istəyənlərin həmin məktəblərə müraciət edə biləcəyi bildirilir.

 Xatırladaq ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb etdiyinə görə həbs edilib.

 İkinci ali təhsil üzrə BDU-nun müsabiqə elan etməməsinin səbəbinin bu məsələyə heç bir aidiyyatı olmadığı deyə iddia edilir.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs