Əlaqə Arxiv
news Image
2012.06.14
20:58
| A A A
ABŞ Moskvanı Suriyaya münasibətini sərtləşdirməyə çağırıb

  Moskvanın Suriya məsələsində mövgeyinin sərtləşdirilmə istiqamətində dəyişməsinə nail olmaq üçün Rusiyaya təzyiqlər artır.

ABŞ Dövlət Katibi Hillari Klinton Moskavaya xəbərdarlıq edib ki, Rusiya daha konstruktiv mövgedən çıxış etməyə başlamasa, bu regionda nüfuzunu itirə bilər.

Fransa beynəlxalq vasitəçi Koffi Annanın razılaşdırdığı BMT sülh planının tətbiq olunmağa başlanmasını istəyir. Lakin Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvanın güc metodlarından istifadə edilməsinı sanksiya verməyəcəyini birmənalı şəkildə bəyan edib.

Eləcə də Çinin Suriyaya qarşı güc istifadəsi təşəbbüsünü BMT Təhlükəsizlik Şurasında dəstəkləyəcəyi ehtimalı cüzidir.

Bu arada insan haqları qrupu Amnesty İnternational yeni hesabatında Suriya hökümətini hərbi və inslanlıq əleyhinə cinayətlərdə ittiham edib.

Bugün Əfqanıstanda Britaniyanın Xarici İşlər naziuri Üilyam Heyqlə görüşən Rusiya XİN başçısı Sergey Lavrov Annan planının tətbiqi zamanı hər hansı bir Rusiyanı qane etməyən təzyiqi qətiyyətlə rədd edib.

BBC xəbər verir ki, ötən gün Tehranda o, jurnalistlərə bildirib ki, Rusiya Liviyada baş verənləri və Liviyadakı əməliyyatlar zamanı NATO tıərəfindən BMT qətnamələrinə məhəl qoyulmamasını nəzərə almaya bilməz.

Bu arada ABŞ Dövlət Katibi Klinton Moskvanı Dəməşqə hücum əməliyyatlarının keçirilməsi üçün hərbi vertolyotları göndərməkdə ittiham edib və "Suriya ilə hərbi əlaqələri tamamilə kəsməyə" çağırıb.

Bunun müqabilində, Lavrov bildirib ki, Rusiya Suriya ilə beynəlxalq qanunlara uyğun olan silah al-veri sazişi bağlayıb, "ABŞ isə vaxtaşırı regiona hücum silahı göndərir".

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz