news Image
2012.06.15
12:45
| A A A
Avtomobillərdən yüksək səs siqnallarının yığışdırılması tədbirləri görülür
Movqe.Az xəbər verir ki, nazirin sözlərinə görə, vətəndaşlar tərəfindən bir neçə halda bununla bağlı nazirliyə müraciətlər olub.

Bakı şəhərində avtomobillərdən yüksək səs siqnallarının yığışdırılması istiqamətində tədbirlər görülür. APA-nın məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov bildirib. Nazirin sözlərinə görə, vətəndaşlar tərəfindən bir neçə halda bununla bağlı nazirliyə müraciətlər olub: "Bunu nəzərə alaraq tədbirlər görürük. Bundan sonra da müvafiq tədbirlər görəcəyik ki, səsgücləndirici aparatlardan az istifadə olunsun. Əlbəttə burada vətəndaşların da üzərinə müəyyən məsuliyyətlər düşür. Avtomaşınları idarə edərkən yüksək səsli siqnalların verilməsi yolverilməzdir. Onlar özləri də bunu nəzərə almalıdırlar".

 Nazir R. Usubov Azərbaycanda kriminogen durumun tam nəzarət altında olduğunu da vurğulayıb. R. Usubovun sözlərinə görə, hazırda Azərbaycan kriminogen durumun sabitliyinə görə nəinki MDB, hətta qərb ölkələri arasında da seçilir: "Bura gələn xarici vətəndaşlar, turistlər özləri də bunu etiraf edirlər".

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs