Əlaqə Arxiv
news Image
2012.06.15
13:59
| A A A
Bakıda güclü zəlzələ riski günü-gündən artır
 ABŞ-ın nüfuzlu Massaçusets Texnoloji İnstitutunun (MİT) alimləri Bakı şəhərinin güclü zəlzələ riski altında olduğu barədə xəbərdarlıq edirlər.

MİT-in məlumat xidməti xəttilə iyunun 14-də yayılmış məqalədə Azərbaycanda tarixən dəfələrlə güclü zəlzələlərin baş verdiyi qeyd olunur.

Bu sırada 1859 ildə Azərbaycanın mərkəzi regionu olan Şamaxıda baş vermiş dağıdıcı zəlzələ ayrıca qeyd olunur.

Qeyd olunur kı, zəlzələ nəticəsində o dövrdə Azərbaycanın paytaxtı olmuş Şamaxı şəhəri tamamilə yerlə yeksan olduğundan, paytaxt Xəzərin sahilində yerləşən Bakı şəhərinə köçürülüb.

Şamaxı zəlzələsi gücündə yeni bir zəlzələ proqnozlaşdırılır

Məqalədə Azərbaycanın əsas neft ehtiyatlarının məhz Bakının yerləşdiyi zonada cəmləşdiyi vurğulanaraq, Azərbaycan paytaxtının və ümumiyyətlə bütün ölkənin neft potensialı hesabına sürətlə inkişaf etdiyi, və artım sürəti etibarı ilə Azərbaycan iqtisadiyyatının dünyada ön cərgələrdə getdiyi bildirilir.

Aparılmış yeni tədqiqatlara əsaslanan alimlər bu regionun Şamaxı zəlzələsi gücündə olan yeni bir zəlzələ üçün yetişdiyini iddia edirlər.

MİT əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyası həmkarları ilə birlikdə 10 ildən artıq Bakı və ətraf regionların geoloji müşahidəsini aparıblar.

Müşahidə metodu GPS sistemi vasitəsilə müxtəlif ərazilərdəki geoloji gərginlik ocaqlarının hərəkət dinamikası barədə statistik-rəqəmsal məlumatların toplanması və təhlil edilməsindən ibarət olub.

Bakı və Azərbaycanın neft infrastrukturu təkanlara tuş gələ bilər

MİT Yer, Atmosfer və Planetar Elmlər departamentinin rəhbəri Robert Relingerin təbirincə, "prognozlaşdırılan zəlzələ Bakıya, şəhər əhalisinə, Azərbaycanın Xəzərdəki neft ehtiyyatlarına və Xəzər dənizinin ekologiyasına ciddi təhlükə kəsb edə bilər".

"Əhalinin və neft infrastrukturunun sıxlığı, Azərbaycan da daxil bütoöv regionun ekoloji təhlükəsizliyi baxımından bu ərazi olduqca kövrəkdir", Robert Relinger vurğulayıb.

BBC bildirir ki, məqalə Azərbaycanın tarixində zəlzələlərin, bir qayda olaraq, Qafqaz Dağları sırası boyu baş verdiyini qeyd edir.

Tektonik platolar

Qafqaz Dağları sırası isə milyonlarla il ərzində 2 tektonik platonun - şimaldan Avrasiya platosunun, cənubdan isə Ərəb platosunun qarşı-qarşıya gələrək çarpazlaşması nəticəsində əmələ gəlib.

 

ABŞ elmi qrupu GPS monitorları və günəş batareyaları ilə təchiz olunmuş stansiyalardan hər 30 saniyədən bir gələn siqnalları qeyd edərək, 10 ildən artıq müddət ərzində toplanmış məlumatları təhlil edib.

İldə 12 millimetr irəliləyən tektonika

Nəticədə elmi qrup Bakıdan cənubda yerləşən bölgənin tədricən şimal istiqamətdə, Avrasiya platosuna tərəf hərəkət etdiyi aşkarolunub.

Alimlərin hesablamalarına görə, tektonik irəliləmə ildə 12 millimetr sürətilə baş verir.

Tədqiqatçılar hesab edir ki, tektonik platoların bu cür yerdəyişməsi regionun hələ xeyli müddət zəlzələ riski altında olacağına dəlalət edir.

"Təkanların dəqiq koordinatlarını və gücünü öncədən proqnoz etmək olduqca çətindir, lakin mümkün risklərin heç olmasa azaldılması üçün səylər davam etdirilməlidir", alimlər vurğulayır.

Relinger və onun həmkarları Azərbaycan rəsmilərinə müraciət edərək, Xəzər dənizi də daxil Bakı ətrafında sesysmik aktivliyin monitorinqini həyata keçirmək üçün əlavə GPS stansiyaların yerləşdirlməsini məsləhət görüblər.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz