news Image
2012.06.16
14:17
| A A A
Azərbaycan əsgəri üçüncü ölkəyə verilib
Ermənistan Müdafiə Nazirliyi "azərbaycanlı hərbi əsir Axundzadə Məmməbağır Talıb oğlunu" üçüncü ölkəyə ötürüldüyünü bildirir.

Erməni tərəfi müqabilə əsasında Azərbaycan ordusunda qulluq edən hərbçinin yanvar ayının sonunda sərhədi keçib Ermənistan Silahlı Qüvvələrinə təslim olduğunu bildirir.

Məlumatda 22 yaşlı azərbaycanlı hərbçinin vətənə qayıtmaq istəmədiyi qeyd olunur.

Azərbaycan tərəfi əsgərin üçüncü ölkəyə təhvil verilməsi barədə rəsmi məlumat aldığını təsdiqləyib.

Hərçənd ki, Bakı hərbçinin erməni tərəfinə könüllü şəkildə keçdiyini rədd edərək Axundzadənin Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürüldüyünü bildirir.

"O əsir düşmüşdü, öz ölkəsindən imtina etdi, başqa ölkəni seçdi", - APA agentliyində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Firudin Sadıqovdan iqtibas gətirilir.

Türkan Nadirqızı

Movqe.Az

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs