Əlaqə Arxiv
news Image
2012.06.16
15:42
| A A A
Misirdə prezident seçkilərinin ikinci turu keçiriləcək
 Dövlət mediasına əsasən rəqabət səsvermənin birinci dövrəsini yaxın nəticələrlə başa vurmuş Müsəlman Qardaşlığının nümayəndəsilə sabiq baş nazir arasında davam edəcək.

Namizədlər seçiciləri "keçmişin" qayıda biləcəyi ilə bağlı ehtiyatlı olmağa səsləyiblər.

Rəqibini cüzi səs çoxluğu ilə üstələyən Müsəlman Qardaşlığının nümayəndəsi Məhəmməd Mursi "keçmişə" qayıtmağın əleyhinə olanları onu dəstəkləməməyə çağırıb.

Hüsni Mübarək hökumətində qısa müddət ərzində baş nazir vəzifəsini tutmuş sabiq Hava Qüvvələrinin komandiri Əhməd Şəfiq yeni dövrün başlanılacağını vəd edərək "Geriyə dönüş olmayacağını" deyib.

Dövlət mediası seçkilərin ikinci dövrəsinin iyun ayının 16-17-də keçəcəyini təsdiqləyib.

Çərşənbə və cümə axşamı 13 namizədin iştirakı ilə keçən səsvermənin rəsmi yekunları Mayın 29-da elan olunmalıdır.

Misir "inqilabının" fəal iştirakçıları səslərin parçalanması nəticəsində ikinci dövrəyə keçə bilməyiblər.

Misirdə səs vermə hüququna 50 milyon adam malikdir.

Beynəlxalq müşahidəçilər Hüsni Mübarəkin devrilməsindən sonra təşkil edilən ilk seçkilərin dinc şəraitdə keçdiyini qeyd ediblər.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz