Əlaqə Arxiv
news Image
2012.06.16
19:10
| A A A
"Xəzər Lənkəran" Almaniya klubuna meydan oxudu
Movqe.Az xəbər verir ki, Cənub təmsilçisi "Starnberq"i 6:0 hesabı ilə məğlub edib.

Dünən Avstriya təlim-məşq toplanışı çərçivəsində "Xəzər Lənkəran"ın ilk yoxlama oyunu baş tutdu. Komandanın rəqibi Almaniya Regional Liqasında çıxış edən "Starnberq" klubu oldu.

Qeyd edək ki, qarşılaşma futbolçularımızın 6:0 hesablı qələbəsi ilə yekunlaşdı.

İlk hissədə komandanın üzvü Branimir Subaşiç fərqlənərək hesabı açıb və fasiləyə qədər hesab dəyişməyib. İkinci hissədə komandamız böyük hesablı qələbə qazanıb - 6:0.

 Onuda qeyd edək ki, "Xəzər Lənkəran" növbəti matçını 20 iyunda Kiyev " Dinamo"sunun əvəzedici heyətinə qarşı keçirəcək.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz