news Image
2012.06.17
14:56
| A A A
Masallıda dəhşətli yol qəzası: ölən və yaralılanlar var
Movqe.Az xəbər verir ki, Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Masallı Rayon Polis Şöbəsindən verilən məlumata əsasən, hadisə 17 iyun saat 01:20 radələrində baş verib.

Qeyd edək ki, Masallı rayon sakini, Bağır Qadir oğlu Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Yardımlı rayon sakini, İsgəndər Rasim oğlu Əliyevin idarə etdiyi eyni markalı avtomobillə toqquşub. Hadisə Masallının Qəriblər kəndi ərazisində baş verib.

Hadisədən dərhal sonar, Bağır Məmmədov yerindəcə dünyasını dəyişib. İsgəndər əliyev isə xəstəxanaya çatdırılsada həyatını xilas etmək mümkün olmayıb.

Avtomobillərdə olan sərnişinlər bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs