news Image
2012.06.17
15:13
| A A A
Dünya şöhrətli müğənni konsertində Azərbaycan bayrağını öpdü
Movqe.Az xəbər verir ki, Sami Yusuf Ankaradakı konsertində Rəşid Behbudovun da mahnısını oxuyub.

ANS PRESS-in məlumatına görə, dünya şöhrətli Azərbaycan əsilli müğənni Sami Yusuf Türkiyənin paytaxtı Ankarada konsert verib.

3000 nəfər qarşısında xüsusi proqramla çıxış edən Sami Yusufin konserti uğurlu şəkildə keçib. Konsert proqramı 2 saat davam edib.

 "Wherever You are" və digər albomlarından mahnılar səsləndirən Sami Yusuf Azərbaycanın əvəzedilməz səsi Rəşid Behbudovun repertuarına da müraciət edib. O, konsertində R. Behbudovun "Yalqızam" mahnısını ifa edib.

 Konsertin sonunda isə Sami Yusuf gözlənilməz jest edib. O, səhnədə olan azərbaycanlı tamaşaçıdan Azərbaycan bayrağını alıb, onu öpüb və gözlərinin üstünə qoyub. Konsertə gələnlər onun bu addımı böyük alqışlarla qarşılayıb.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs