Əlaqə Arxiv
news Image
2012.06.18
22:14
| A A A
Ermənilərdən daha bir vəhşilik
Movqe.Az xəbər verir ki, Ermənilər Yerevanda yerləşən restoranda həkimi ölümcül hala salıblar

Bazar günü Ermənistanın hakim Respublikaçılar Partiyasının üzvü, Ermənistan Futbol Federasiyasının prezidenti, millət vəkili Ruben Hayrapetyana məxsus "Harsnakar" restoranında Yerevan hərbi qarnizonu qospitalının qulaq-boğaz-burun şöbəsinin müdiri mayor Vahe Avetyanın amansızcasına döyüldüyü xəbər verilir.

Hərbi həkim ağır qafa tası-beyin zədələri ilə xəstəxanaya çatdırılıb. Ona cərrahiyə əməlliyyatı edilib, hal hazırda ağır vəziyyətdə olduğu bildirilir.

Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 112-ci maddəsi üzrə (qərəzlə səhhətə ağır zərər vurmaq) cinayət işi açılıb. "Harsnakar" restoran kompleksi təhlükəsizlik xidmətinin bir əməkdaşı həbs olunub.

Ermənistan Polisi ictimai əlaqələr xidməti hadisə yerindən daha bir Yerevan Hərbi Qarnizonu həkimi Artak Badeyanın xəsarətlərlə xəstəxanaya aparıldığını bildirir. Onun vəziyyəti kafi hesab edilir.

Restoran işçilərindən və millət vəkili Ruben Hayrapetyanın nümayəndələrindən məlumat almaq mümkün deyil.

Reanimasiyada yatan hərbi mayorun "Harsnakar" restoranında "şənlik tədbirində" iştirak edən qohumlarından biri deyib ki, ofisiantlardan biri ilə yüngül mübahisə baş verib və sonra həyətdə davaya çevrilib. O, mayor Avetyanın 10-15 nəfər restoran əməkdaşları tərəfindən döyüldüyünü bildirib.

Hakim Respublikaçılar Partiyası millət vəkili Ruben Hayrapetyana məxsus "Harsnakar" restoran kompleksində ötən il avqust ayında da iki nəfər odlu silahdan yaralanmışdı. Hadisədə ilə bağlı cinayət işi qaldırılmışdı, millət vəkilinin mühafizəçisi ittiham olunurdu. Lakin daha sonra davaya qatılanların barışığa gəldiyi ilə bağlı cinayət işi dayandırılmışdı.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz