Əlaqə Arxiv
news Image
2012.06.19
14:08
| A A A
Niaqara şəlaləsinin üzərindən iplə keçdi

Movqe.Az bildirir ki, Nik Uallenda ilk dəfə olaraq Niaqara şəlaləsinin üzərindən 550 metr uzunluqdakı iplə keçib.

Amerikalı akrobat Nik Uallenda ABŞdan Kanadaya sərhəddəki Niaqara şəlaləsini üzərinə çəkilən 550 metr uzunluqdakı iplə keçdi. Havanın küləkli olması səbəbindən bəzən çətin anlar yaşayan macərapərəst, Niaqara şəlaləsindən iplə keçən ilk insan olub.

Televiziya kanallarının canlı yayımladığı şəlaləyə gələn minlərlə biletli tamaşaçı da bu hadisəni böyük bir həyəcanla izləyib. İpin üzərində kiçik və möhkəm addımlar atan Nik Uallenda, nümayişi tamamladığı zaman xoşbəxt anlar yaşayıb. Məşhur akrobat bir ilkə imza ataraq "Guinness" rekordlar kitabına da düşməyi də bacarıb.

Sizin Reklam Yeriniz