news Image
2012.06.23
13:13
| A A A
Heydər Əliyev Fondu ilə Vatikan arasında razılaşma imzalanıb

Movqe.Az xəbər verir ki, ötən gün Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında "Roma katakombalarının bərpasına dair Saziş" imzalanıb. 

Sənədi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can Franko Ravazi imzalayıblar.

 İmzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə kardinal Can Franko Ravazi Mehriban xanım Əliyevaya Romaya bu səfərinə və görüşə görə təşəkkürünü bildirdi.Kardinal Ravazi, bu gün imzalanacaq sənədin dinlər və mədəniyyətlər arasında dialoqun parlaq nümunəsi olduğunu və İtaliya mətbuatında geniş əks-səda doğuracağını vurğulayıb.

 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva görüşdən məmnunluq duyduğunu deyərək, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin əhəmiyyətini diqqətə çatdırdı. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bildirdi ki, 20 ili tamam olan diplomatik əlaqələrimiz gündən-günə genişlənir və Azərbaycan bu əməkdaşlığın inkişafında daim maraqlıdır.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs