news Image
2014.05.08
16:43
| A A A
Demoqrafik balans hələ də pozulmaqdadır
Aynur Veysəlova: «Hazırda mövcud disbalansın fəsadları yaşanmasa da, gələcək üçün ciddi təhlükələr törədə bilər» Yusif Bəkirov: «Uşağın həyatına cinsiyyətə görə son qoyulmasına görə, valideyn də, həkim də məsuliyyət daşıyır»

Son illərdə Azərbaycan üçün daha çox aktuallaşmağa başlayan demoqrafik disbalans məsələsi ciddi problem olaraq qalmaqda davam edir. Dünyaya yeni gələn qız uşaqları ilə oğlanlar arasında hələ də kəskin fərq özüün göstərir.

Uzun müddətdir ki, bu məsələ gündəmi zəbt etsə də, hələlik hansısa yenilki yoxdur. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova Mövqe.az saytına açıqlamasında bildirib ki, görülən tədbirlər disbalansın böyüməsinin qarşısını alacaq: "Bu problem bütün dünyada, hətta Avropa ölkələrində də rastlanan bir haldır. O cümlədən Azərbaycanda da buna rast gəlinir. Hazırda mövcud disbalansın fəsadları yaşanmasa da, gələcək üçün ciddi təhlükələr törədə bilər. Ona görə də komitə tərəfindən lazımi tədbirlər, maarifləndirmə işləri aparılır. Bu tədbirlərə aidiyyatı dövlət qurumları, ekspertlər, mütəxəssislər cəlb olunur. Düşünürəm ki, bu işlər disbalansın daha da dərinləşməsinin qarşısını alacaqdır".

Uşaqların Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov isə məsəəlyə fərqli formada münasibət bildirdi. O hesab edir ki, bu gün oğlan uşaqları ilə qız uşaqları arasında disbalans kəskin səviyyədə deyil:

"Ümumiyyətlə, təbiətən qız uşaqları oğlan uşaqlarından çox doğulur. Amma düşünmürəm ki, bizdə disbalans kəskin şəkildədir. Çünki artıq qanunvericiliklə buna müdaxilə olunur. Əgər hamilə qadın məhz cinsiyyətinə görə uşağından imtina edirsə, buna qanunla yol verilmir. Bizdə bu gün qız uşaqlarına qarşı heç bir diskriminasiya yoxdur. Əslində, göstəricilər dəyişkəndir. Yəni, oğlan uşaqları ilə qız uşaqlarının sayında faiz üstünlüyü dəyişir. Hazırda fərq 10-15 faiz təşkil edir ki, məncə, bu, kəskin fərq deyil. Hər halda bu gün qanunvericiliklə nəzarət olunur. Uşağın həyatına cinsiyyətə görə son qoyulmasına görə, valideyn də, həkim də məsuliyyət daşıyır". 

   


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs